AZNAR ŞİRKƏTİ KORONAVIRUSLA MÜBARIZƏYƏ DƏSTƏK FONDUNA 1 MİLYON MANAT IANƏ EDİB | AZNAR
06.05.2020

AZNAR ŞİRKƏTİ KORONAVIRUSLA MÜBARIZƏYƏ DƏSTƏK FONDUNA 1 MİLYON MANAT IANƏ EDİB

     Azərbaycan koronavirus pandemiyasının ölkə ərazisində yayılması nəticəsində, digər ölkələr kimi, çətin vəziyyətlə qarşılaşıb. Ölkə rəhbərliyi nümunəvi qətiyyət və uzaqgörənlik göstərərək, vətəndaşların sağlamlığının və ölkənin əsas maraqlarının qorunması istiqamətində hərtərəfli profilaktik tədbirlər planı hazırlayır. Bu gün, xüsusilə xalqın həmrəy olması və bütün səylərin bu qorxunc xəstəliyin yayılmasının qarşısını almaq uğrunda birləşməsi daha çox vacibdir. Xüsusilə, bu dönəmlərdə biznes öz sosial məsuliyyətini layiqincə nümayiş etdirməlidir. Bununla əlaqədar olaraq, AzNar QSC-nin Direktorlar Şurası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüsə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürmüşdür.

    Koronavirusla Mübarizəyə Dəstək Fondunun əsas məqsədi koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq üçün aparılan tədbirlərə maliyyə dəstəyini həyata keçirməkdir.