Rəhbərlik

Təsisçi və majoritar səhmdar - Fərhad Teymur oğlu Əhmədov

Foto Farkhad akhmedov xor 21.jpg

Fərhad Teymur oğlu Əhmədov 1955-ci il sentyabrın 15-də Azərbaycan SSR-nin Bakı şəhərində anadan olub. 1975-ci ildə 85 saylı Moskva texniki-peşə məktəbini bitirmiş, orduda xidmət etmişdir. 1983-cü ildə Moskva baytarlıq akademiyasının əmtəəşünaslıq fakültəsini bitirmişdir.

1983-cü ildən başlayaraq müxtəlif vəzifələrdə işləmiş, beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır. O cümlədən 1987-2002-ci illərdə Tansley Trading şirkətinin rəhbəri olmuşdur.

1998-ci ildən 2000-ci ilədək aspiranturada oxumuşdur, orada "Rusiyanın qaz sənayesində struktur dəyişiklikləri: Problemlər və perspektivlər" mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

2012 ildən "Aznar" direktorlar Şurasının sədri, QSC-nin səhmdarıdır.

Fərhad Teymur oğlu Əhmədov müxtəlif təşkilatlara və layihələrə böyük xeyriyyəçilik dəstəyi və maliyyə yardımı göstərir:

  • O, məktəblərə, uşaq təşkilatlarına, tibb müəssisələrinə əlillərə və veteranlarına, Moskva şəhər kadet internat məktəbinə sponsorluq etmiş, xeyriyyəçilik və maddi yardım göstərmişdir.

  • İdman tədbirlərini, xalq yaradıcılığı festivallarını maliyyələşdirir.

  • Əsasını qoyduğu Azərbaycan Rəssamlarının Qalereyasını maliyyələşdirir.

  • "Muğam" klubunun "Fərhad" uşaq xoruna, Bakı şəhərində " Rus İcması Mərkəzinə" mütəmadi sponsorluq edir.