ANUGA 2017 – 34-CÜ BEYNƏLXALQ HAZIR YEYİNTİ MƏHSULLARI VƏ İÇKİ SƏRGİSİ | AZNAR
02.11.2017

ANUGA 2017 – 34-CÜ BEYNƏLXALQ HAZIR YEYİNTİ MƏHSULLARI VƏ İÇKİ SƏRGİSİ

Anuga – istehsalçıların həmkarlarının təcrübəsi ilə tanış olması və sərfəli müqavilələr əldə etməsi üçün şərait yaranan beynəlxalq qida məhsulları sərgisidir. O, yeyinti sənayesi üçün önəmli yerlərdən birini tutur, çünki təşkilatçılar sərgidə təklif edilən məhsulların tək dadlı olmasına yox, həm də təhlükəsizlik məsələsinə diqqət yetirirlər. Sərgi ilik dəfə keçən əsrin 20-ci illərinin ortalarında keçirilib və o vaxtdan etibarən iki ildə bir dəfə keçirilir.
7-11 oktyabr tarixlərində yenə də Almaniyada Messepl. 1, 50679 Köln ünvanında yerləşən "Koelnmesse - Cologne exhibition center"də möhtəşəm "Anuga-2017" sərgisi keçirildi. Sərgidə 7 mindən artıq istehsalçı iştirak etmiş, qonaqların sayı isə təxminən 160 min nəfər olmuşdu.
"Anuga-2017" sərgisi çərçivəsində 8 №-li şirə pavilyonunda "Grante" brendinin məhsullarının dequstasiyası keçirilib. 

Sərgidə təqdim edilmiş məhsulların çeşidi

Azərbaycan brendi şəkər əlavəsiz təbii şirələri geniş kütləyə təqdim edib:

  • məhsul qrupunun trendi olan ənənəvi nar şirəsi
  • heyva şirəsi;
  • nar-albalı şirəsi;
  • nar-üzüm-alma şirəsi;
  • alma-feyxoa şirəsi;
  • üzüm şirəsi və s.

Həmçinin iştirakçıları təbii nar şirəsi və şəkərdən alınan möhtəşəm "Narsharab" sousunu dequstasiya etmək imkanı əldə ediblər.

SƏRGİ İŞTİRAKÇILARININ FİKİRLƏRİ

"Grante" brendinin məhsullarının keyfiyyəti nəinki yerli, həm də xarici alıcıların tələblərinə cavab verir, axı 750 ml "Grante" nar şirəsinin tərkibində 2,5 kq təbii və ekoloji təmiz nar var.

GMO-SUZ ŞİRƏ VƏ SOUSLAR – "GRANTE" ŞİRKƏTİNİN MƏHSULLARI

Məhsulun tərkibi 100% nar şirəsindən ibarətdir. Şirə Azərbaycanın Göyçay rayonunda 2000 hektar sahədə yerləşən, şirkətə məxsus bağlarda yetişdirilən məhsuldan alınır.

Ekoloji cəhətdən təmiz məhsulun istehsalı üçün yalnız təzə sıxılmış, şirinləşdirici və boyaq maddələri qatılmamış şirə istifadə edilir, onun tərkibinə aşağıdakı faydalı komponentlər daxildir:

  • B, C və PP qrupu vitaminlər;
  • makro və mikroelementlər (sink, maqnezium, selen, kalium, kalsium, natrium və başqaları).

Şirə +85 °C temperaturda pasterizə edilir, ona görə də tərkibindəki bütün faydalı maddələr qorunub saxlanır!

Günəş şüaları, şirəli azərbaycan narı, ən təmiz su, məhsulun istehsalının hər mərhələsində keyfiyyətin yoxlanması və müasir texnologiyaların tandemi sayəsində biz potensial müştəriyə faydalı şirələr, souslar, kompot və nektrarlar təklif edə bilirik.

şəkillər