Nar şirəsinin dölün sağlamlığına böyük faydası aşkar edildi
26.01.2015
AZNAR-ın TEXNOLOJI SIÇRAYIŞI
Deyilənlərə görə, İsraildə bilikli insanlar onu gündə bir neçə damcı olmaqla qəbul edirlər və bundan sonra öz immun sisteminə görə rahat olurlar. Bəzi Dahi baş aşpazlar həmin bir neçə damcını, özlərinin ən nəfis yeməklərinə əlavə edirlər. Kosmetoloq və əczaçılar, hər şeydən başqa, onun dəriyə müsbət təsir göstərən müalicəvi keyfiyyətlərini yüksək qiymətləndirilər. Bütün bunlar nar tumlarınından hazırlanmış yağ haqqındadır ki, onu istehsalını AZNAR zavodu başlamışdır.Nar tumu yağı - sağlamlıq və gözəllik üçün əhəmiyyətli faydalı xüsusiyyətlərə malik olan nar tumlarından alınan yağdır.
AZNAR ın araşdırmaları və investisiyaları
AZNAR, adı proseslərə müraciət etmədən, müasir üsulların köməkliyi ilə nar tumlarından yağın alınmasının mövcud üsullarının təxminən iki illik araşdırmalarını aparmışdır. Bu araşdırmalara 4 mln AZN sərf olunmuşdır. Tədqiqatlar zamanı aşkar olundu ki, CO2 (karbon oksidi) kimi lipofik həlledicilər nar tumlarından yağın alınması və yüksək keyfiyyətli təbii yağın hazırlanması üçün istifadə oluna bilərlər. Bundan başqa, növbəti ekoloji xarakterli düşüncələrnən bağlı məhz bu yeni texnologiyanın istifadə olunması qərarı alındı:
- CO2 – ABŞ Qida məhsullarına və dərman vasitələrinə nəzarət idarəsi (FDA) tərəfindən təsdiqlənmiş qida məhsullarında istifadə olunması üçün nəzərdə tutulmuş qeyri-toksik və alışmayan qazdır. CO2 vasitəsi ilə yağ alınan zaman, ağır metallar və ya karbohidrogen xammal alınan yağ ilə təmasa girmir, bundan başqa CO2 təkrar istifadə üçün yararlıdır.
- CO2-nin istifadə edilməsi termik təsir nəticəsində alınan yağın keyfiyyətinin pisləşməsinə gətirib çıxarmır.
- CO2-ni həll olunan xüsusiyyətlərinin üzə çıxması təzyiqin və/ və ya temperaturun artırılması və ya azaldılması yolu ilə tənzimləmək mümkündür.

Yağın alınma üsulu. AZNAR zavodu və ölkə üçün yeni texnologiya. İstənilən maye və ya qazın temperatur və ya qazdan asılı olaraq ona xas olan keyfiyyətləri var (məsələn, su 1 atm və ya 1 bar 100°С-də və qaynayır).
Bu vəziyyət kritik nöqtə adlanır. Bu nöqtədən yuxarı (məsələn, daha yüksək temperatur və ya təzyiq), qaz və ya maye adi qaz və maye arasındakı keçid vəziyyətində olurlar, və sonra onun xüsusiyyətlərindən asılı olaraq həlledici qismində istifadə oluna bilərlər. Temperatur və təzyiq dəyişiləndə, maye maraq doğuran materialı həll edə bilər (yağlı maddəni) və selektiv olaraq onu məhsuldan (tumlardan) çıxara bilər. CO2, tumlardan yağlı maddəni udaraq lipofil maddələri (yağı) həll etmək bacarığına malikdir. Yağın ekstraksiyasından sonra CO2 birləşmələri təzyiq aşağı düşən zaman həlledici kimi öz keyfiyyətlərini itirirlər, və bunun nəticəsində gözlənilən material (yağlı maddə) alınır. Durulaşdırılmış CO2 təkrar istifadə oluna bilər.
Bu nəticənin əldə olunması üçün, Göyçay şəhərində ən müasir avadanlığı seçib AZNARda quraşdırıblar. Və nəticədə, yağın alınması prosesi üzərində tam avtomatlaşdırılmış nəzarət təmin olunmuşdur.
Təbii qızıl
Hazırkı üsulla AZNAR zavodu tərəfindən istehsal olunmuş nar, təbii keyfiyyətə malik Premium sinifli yağdır. Texnoloji xüsusiyyətlər ən Ciddi Beynəlxalq standartların tələblərinə cavab verirlər. AZNAR laboratoriyası müvafiq qaydada yüksək texnoloji avadanlıqla təchiz olunub və bütün zəruri analizləri həyata keçirir. Müvafiq quraşdırma ölkədə ilkidir, belə bir avadanlıq hətta Rusiyada yoxdur.
Təcrübə və bilik əldə olunduqca, digər bitkilərin tumlarından və ya Azərbaycanda mövcud olan müxtəlif məhsullardan digər təbii məhsullar (ekstraktlar) almaq mümkün olacaq.
Davamlı tərəqqi.
Beləliklə, AZNARın köməkliyi ilə, Azərbaycan, texnoloji axınının bu istiqamətində birinci yerlərdən birini tutur. Yaxın vaxtlarda, AZNAR nar meyvələrinin istifadə olunmasında digər addımları atmağı planlaşdırır, eyni zamanda, nar plantasiyalarına öz investisiyalarını genişləndirərək, hər hektardan məhsuldarlığı və meyvələrin keyfiyyətini artırmağa çalışır. Zavodun planlarına kultivasiyanın yeni metodlarının tətbiq edilməsi və yeni nar sortlarının yetirşdirlməsi daxildir.
Nar yağının təsiri
Dünyanın aparıcı alimləri çoxdan sübut ediblər ki, nar şirəsi və tumlarından alınan yağ insan sağlamlığı üçün çox faydalıdır. Xərçəng, yüksək arterial təzyiq və dəri problemləri kimi xəstəliklərin müalicə reseptlərinin əsasında antioksidantların və narın punik turşusunun qəbul olunmasıdır. Bu elementlər nar tumundan alınmış yağın tərkibində var.
Kosmetik təsiri
Nar tumu yağının əla nəmləndirici, qoruyucu və qidalandırıcı xüsusiyyətləri var. Bu əla yağ yetişkən və qocalan dəri üçündür. Tərkibində, yaşlanmaya qarşı yağ turşusu var. Bundan başqa, nar yağı dəriyə kollagen istehsal etməyə kömək edir, sərbəst radikalla tələ təsi edən kimi təsir edir. Nar tumları yağı dərinin zədələnmiş hüceyrələrinin regenerasiyasına səbəb olur. Qırışların əmələ gəlməsinin qarşısını alır, dərinin elastikliyini və turqorunu qaldırır. Nəmləndirici və qidalandırıcı xüsusiyyətlər malikdir. Yetkin və təravətini itirmiş; quru, qabığı soyulan, çatlayan, elecə də qıcıqlanmış dəri üçün tövsiyə olunur.
Nar yağı:
- Nar şirəsinin unikal tərkibi hüceyrə membranına elastiklik verir və toxumaları dartır.
- Hamarlaşdırır, qırışların sayını azaldır, buna görə təravətini itirmiş, yetişkən və taqətdən düşmüş dəriyə qulluq üçün istifadə olunması tövsiyə olunur.
- Yaşıl çay və qırmızı çaxırı üstələyən güclü antoksidant xüsusiyyətlərə malikdir. Sərbəst radikalların zərərli təsirindən qoruyur.
- Güclü regenerativ təsirə malikdir.
- Nəmləndirir, qidalandırır, dərini elastik və hamar edir.
- Dərinin zədələnmiş hüceyrələrin bərpa olunmasına kömək edir, üzün rəngini yaxşılaşdırır
- pH-balansı bərpa edir.
Regenirasiyaedici xüsusiyyətləri sayəsində nar tumu yağı günəşdən əmələ gələn yanıqlar, ekzema, psoriaz zamanı faydalı olacaq. Günəş qəbulundan sonra dərini sakitləşdirir. Nar yağı ilə masaj, sinə tonusunun yaxşılaşması üçün faydalıdır.
Müalicəvi təsiri:
- Güclü antioksidantdır
- Anti-iltihab xüsusiyyətlərə malikdir ki, bunun sayəsində dəridəki qıcıqlanmaları götürür
- Araşdırmalar göstərdi ki, nar turşusunun mövcudluğuna görə yağ xərçəng xəstəliyinin (o cümlədən dəri xərçəngi), diabetin, qan-damar xəstəliklərinin, piylənmənin müalicəsi üçün faydalı ola bilər.
- Nar tumlarının tərkibində eləcə də təbii bitki estrogenləri var ki, onlar da PMS simptomlarını yüngülləşdirir və menopauza zamanı faydalıdır.
