AZNAR “Sərbəst Satış Sertifikatı – yeni ixrac imkanları” mövzusunda keçirilən tədbirdə iştirak edib | AZNAR
29.01.2019

AZNAR “Sərbəst Satış Sertifikatı – yeni ixrac imkanları” mövzusunda keçirilən tədbirdə iştirak edib

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport.az portalı “Sərbəst Satış Sertifikatı – yeni ixrac imkanları” mövzusunda təqdimat edib.
Teymur Əhmədov adına «AZNAR» QSC bu sertifikatı alan Azərbaycanda əldə edən ilk şirkət olmuşdur.
Tədbirdə şirkətin hüquqşünası Fərid Xəlilzadə təmsil etmişdir.
Bu sertifikat sayəsində şirkət öz məhsullarını Dominikan, Filippin, İndoneziya, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi bir çox ölkələrə məhsul ixracını reallaşdırıb.
Hal-hazırda bizim şirkət «Azexport.az» portal ilə bu və başqa layihələr üzrə iş birliyini davam etdirir.

şəkillər