"AZNAR" VƏ "XÜSUSİ TİCARƏT NİŞANI" SƏRGİSİ (5-6 APREL 2017, MOSKVA) | AZNAR
12.04.2017

"AZNAR" VƏ "XÜSUSİ TİCARƏT NİŞANI" SƏRGİSİ (5-6 APREL 2017, MOSKVA)

İlk dəfə olaraq AZNAR zavodu Rusiya və MDB ölkələri üzrə yeganə olan, müqaviləli istehsalla və XTN altında realizə edilən məhsulların nümayiş etdirildiyi "Xüsusi̇ Ti̇carət Ni̇şanı" (IPLS) sərgisində iştirak edib. Sərgi "Krokus Ekspo" sərgi salonunda, 2-ci pavilyon 10-cu zalda baş tutmuşdu. 

Sərgi daxilində biz iri federal şəbəkələr və lokal reteylerlərlə danışıqlar apardıq, şirə və nektar istehsalı üzrə irimiqyaslı müqavilələr bağlamaq şansı əldə etdik. 

Rusiya bazarının statistikası. XTN məhsulları, demək olar ki, bütün kateqoriyalarda öz əksini tapıb. Rusiyadakı istehlakçıların 83%-i XTN məhsulları alır, onların 57%-i fərdi nişanlar altında istehsal olunan məhsulları tez-tez aldığı halda, 32% istehlakçı onlarla daha çox maraqlanmağa başlayıblar ("Nielsen"in məlumatı). XTN kateqoriyası 2016-cı ildə təbii ifadədə 9% böyüyüb.

"Nielsen"in araşdırmasına görə, fərdi nişanlar altında istehsal olunan məhsulların səciyyəvi istehlakçısı orta gəlirli 39 yaşlı qadındır. Onun uşaqları var (49%), tam iş günü çalışır (83%). Bu qadın ay ərzində iri mağaza şəbəkələrinə daxil olan dörd mağazada alış-veriş edir. Adətən maddi imkanları məhdud olduğuna görə o, daha aşağı qiymətlər təklif edən mağazaları seçir (59%), aktiv olaraq aksiyada olan məhsulları axtarır (44%), yalnız ehtiyacı olduğu məhsullar alır (41%), paltar (37%) və əyləncə (40%) xərclərində qənaət edir, və müvafiq keyfiyyətdə olan daha ucuz brendlərə keçməyə hazırdır (27%).

Salfetka XTN altında istehsal olunan məhsullardan ən çox tələb olunandır – "Nilsen"in araşdırmasına əsasən, istehlakçıların 51%-i bu məhsulu alır. Ərzaq XTN-lərinin istehsalında üç kateqoriya əsas yer tutur: quru qida məhsulları, süd məhsulları və içkilər inkişaf dinamikasının pulla ifadədə təxminən 60%-ni təşkil edir ("GfK Rus" əsasən).

şəkillər