27.11.2017

DƏB VƏ GRANTE BRENDİ BİRLƏŞİBLƏR AZERBAIJAN FASHION WEEK 2018

7-10 noyabr tarixlərdə "Azerbaijan Fashion Week" Azərbaycanda dəb sektorunun inkişafına biganə qalmayan hər kəs üçün öz qapılarını açdı. Tədbir müasir Bakının təkrarolunmaz simvolu olan "Fairmont Baku, Flame Towers" oteldə keçirilib.

"Azerbaijan Fashion Week" artıq 6 mövsümdür ki, ildə iki dəfə - may və noyabrda baş tutur. Tədbir "Fashion Consulting Group" tərəfindən təşkil edilib və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

"Azerbaijan Fashion Week"in nar tərəfdaşı "Grante" brendidir.

Tədbirin məqsədi – həm Azərbaycanın, həm də xarici ölkələrin istedadlı dizaynerlərini bir yerə yığmaq və onların yaradıcılıq məhsullarının nümayişi üçün şərait yaradılmasıdır. Tədbirdə dizaynerlərlə yanaşı dəb sektorunun ekspertləri, KİV və dəb jurnallarının nümayəndələri iştirak etdilər.

Qonaqlar üç gün ərzində mövsümün ən yaşı kolleksiyalarını və cəsarətli dizayner həllərini qiymətləndirdilər.

Dəb həftəsinin altıncı mövsümünün ən gözlənilən iştirakçıları ilk dəfə Parisdə təşkil edilmiş və dünyanı Şərqin yüksək dəb ənənələri ilə tanış etmək üçün nəzərdə tutulmuş "Oriental Fashion Show"nun dizaynerləridir. "Oriental Fashion Show"da Yaxın Şərq ölkələrindən üç dizayner iştirak edirdi.

Bundan başqa, hər kəs Azərbaycan və xarici dizaynerlərin şourumlarına baş çəkə, həm də toy kolleksiya və aksessuarları ilə tanış ola bilərdi.

şəkillər