DUTY FREE-DƏN “AZNAR” MƏHSULUNU ALARAQ BAKININ BİR HİSSƏSİNİ EVİNİZƏ APARIN | AZNAR
27.06.2017

DUTY FREE-DƏN “AZNAR” MƏHSULUNU ALARAQ BAKININ BİR HİSSƏSİNİ EVİNİZƏ APARIN

Bakıda olmusunuz? Duty Free-dən “AZNAR” məhsulunu alaraq Azərbaycanın bir hissəsini evinizə aparın.

Azərbaycan – uzunömürlülər məskəni, reseptlərin əsrlər boyu dəyişmədən ağızdan-ağıza keçərək anadan qıza ötürüldüyü yer. Ölkə sakinləri sousların, yeməklərin və desertlərin hazırlanması üçün konservant və boyalardan istifadə etmirlər, bunun üçün yalnız ölkənin zəngin olduğu təbii məhsullardan istifadə olunur.
Ədviyyatlı plov, lülə-kabab, yağlı qutab, kabab, ədviyyatlı balıq, yerli orijinal souslarla
təqdim olunan cürbəcür tərəvəz salatları…Desert üçün isə ən yaxşı avropa restoranlarında təqdim edilə biləcək turş şərbət və qozlu şəkərbura.

Əgər siz bu zərif məzələrlə və yerli əhalinin qonaqpərvərliyi ilə məst olub dostlarınıza və yaxınlarınıza hədiyyə almağı unutmusunuzsa, onda bunu elə birbaşa Heydər Əliyev Beynəlxalq Hava Limanında edin! Bu yaxınlardan bəri artıq siz “AZNAR” Azərbaycan zavodunun məhsullarını Duty Free-dən əldə edə bilərsiniz.
Ölkənizə ənənəvi “Narşərab” sousunu və ya Grante təbii nar şirəsini aparın. Bu məhsulların hazırlanması üçün narlar ölkənin ən yaxşı rayonu – Göyçayda toplanır. Elə “AZNAR” zavodu da burada yerləşir.

Nar şirəsi – faydalı məhsulların qayğısız mənbəyi, orijinal resept əsasında hazırlanmış sous isə balıq, ət, quş əti və ya salat dadına mükəmməl tamamlayıcıdır.

Gözəl hədiyyə olacaq 100% təbii Azərbaycan məzələrini əldə edin!

şəkillər