Fancy food show — professionalların görüş yeri | AZNAR
17.07.2015

Fancy food show — professionalların görüş yeri

Şimali Amerikanın ən böyük, miqyaslı, kütləvi və ziyarət olunan sərgisi Fancy Food Show 2015 28-30 iyun tarixlərində Nyu-York şəhərinin Jacob Javits Convention Center beynəlxalq sərgi mərkəzində  keçirilmişdir. Bu tədbir  food sənayesinin ən yaxşı mütəxəssislərini,  qida sahəsində qabaqcıl innovasiyaları,  qablaşmaları və qida biznesinin nailiyyətlərini  bir dam altında araya gətirmişdir. Məhz burda TOP məhsulları  müəyyən edirlər,  ən yaxşı  məhsula görə mükafatlar təqdim edirlər və qarşıdan gələn ilin trendlərini verirlər.  ABŞ-kı  bu aparıcı  Şou  on minlərlə  ziyarətçi, biznesmen, bayer, riteyler, satıcını bir araya gətirir.   
180 000-dən artıq məhsul, 2 000 iştirakçı –   Summer Fancy Food Show 2015-dir.
Tədbirin təşkilatçısı – Specialty Food Association. Sərgini müddəti - 3 gün.
61-ci Summer Fancy Food Show 2015-in əsas faktları:
  • ABŞ-dan və 35 dünya ölkələrindən 2 500 iştirakçı
  • 25 000 + üzün müddətli win win münasibətlər qurmaq üçün sərgiyə  gəlmiş ixtisaslaşdırılmış  ziyarətçilər 
  • İnnovasiya məhsulları sərgilənən xüsusi stendlər 
  • 15+ maarifləndirici  proqram 
Summer Fancy Food Show 2015 sərgisində 2872 –Grantenin stendi
Sərgi bir çox xeyirli əlaqələr, geniş yeni müştərilər bazası gətirdi.  Biz Grantenin birbaşa sıxılmış şirələrinin və  Narşərab  nar sousunun dequstasiya kampaniyasını  keçirdik. Bir dəstə insan bizim ətrafımızda vurnuxurdu – çünki Grante şirəsi – unikal məhsuldur, o, 100% təbiidir,  tərkibində  konservant,  boyaq maddəsi,  şəkər və hətta bir damcı  su  da yoxdur. Danışıqlar masası arxasında onlarla faydalı və məhsuldar  görüşlər keçirilmişdir. Bir neçə  gün davam etməsinə  baxmayaraq, görün nə qədər  hadisə baş verdi  və nə qədər faydalı  biliklər əldə olundu.      

Fancy Food sərgisində rastlaşdığımız ABŞ-kı daimi  partnyorlarımıza öz minnətdarlığımızı bildiririk. Distributor və  riteylorlardan  xidmətin əla səviyyəsinə və ABŞ təchiz etdiyimiz  şirələrin dəyişilməz əla keyfiyyətinə  görə  minnətdarlıq sözlərini  eşitmək çox xoşdur. Biz əminik ki, münasibətlərimiz ildən- ilə möhkəmlənəcək.    

Birbaşa sıxılmış şirələrdən savayı bazara təklif olunası digər məhsullarımız da var.  Zavodumuzda CO2 üsulu ilə xüsusi ekstraksiya metodu ilə alınmış premium sinifli nar yağı  məhsulu üzrə fəal inkişaf edirik. Bu məhsul beynəlxalq bazar üçün böyük maraq doğurur və  istehlakçı  bazarında ona ehtiyac duyulur. Yağı yeməyə əlavə etmək və kosmetik vasitə  kimi də  istifadə  etmək olar. Onun tərkibində çoxlu miqdarda punik turşusu var, və onun orqanizmə  təsiri unikaldır.      

Bu sərginin faydası  üzrə  müvəffəqiyyətli olmasını  ancaq bir neçə həftə keçdikdən sonra müəyyən etmək olar. Lakin bir şey artıq aydındır, layihə çoxlu müsbət təəssürat və  lazımlı əlaqələr verdi.  



şəkillər