08.02.2018

GRANTE BRENDİNİN ŞİRƏLƏRİ ŞİMALİ AMERİKANI FƏTH EDİR

AZNAR zavodu və TM Grante bu ilin əvvəlində növbəti dəfə sərgi tədbirində- Fancy Food Show 2018, Amerika, San-Fransiskoda iştirak edib. O, Şimali Amerikada içkilər, delikateslər və qənnadı məhsullarının ən böyük yarmarkasıdır. Orada distribyutorlar, pərakəndəçilər, restoran sahibləri, sıravi qonaqlar dadlı içkilər və yemək dünyasının yenilikləri ilə tanış olurlar. Hər il tədbirə 16 mindən 25 minə qədər insan baş çəkir və onun eksponentləri 80-dən çox ölkəni təmsil edir. 

İlk  Fancy Food Show 1974-cü ildə təşkil edilib. O vaxtdan bəri tədbir hər zaman böyük sayda iştirakçılar, eləcə də qonaqları cəlb edir. Onların arasında çox sayda şəxsi reseptlər üzrə hazırlanan məhsullar, həmçinin ekzotik məhsulları təmsil edən eksponentlər olur. Çox sayda iştirakçının olması təəccüblü deyil. Axı bu, hər bir eksponent üçün bu dünyanı öz məhsulu ilə tanış etmək, təchizat coğrafiyasını genişləndirmək imkanıdır və AZNAR zavodu da buna can atır. Artıq bu gün Grante  brendi altında məhsullar Avropa, Şimali Amerika ölkələrinə çatdırılır. Hətta özlərinin dünya bazarında meyvə və giləmeyvənin, tərəvəzin nəhəng istehsalçıları olan dövlətlərə…Məsələn, həmin günəşli İsrail
Buna görə bu il məşhur  Fancy Food Show-nun 2000-dən çox eksponentinin arasında TM Grante şirələri də var idi. Grante brendi şirələrinə sıravi sərgi qonaqları, eləcə də peşəkar bazar iştirakçılarının saxta olmayan, canlı marağı növbəti dəfə Grante brendi məhsullarının yüksək dad keyfiyyətini sübut etdi. 

Grante brendinin stendinin ətrafında məhsulun dadına baxmaq üçün daim insanlar toplaşırdı. Şirənin dadına baxanların rəyləri yalnız tərif idi. Bu da təsadüfi deyil. Axı onlar birbaş meyvədən sıxılan təbii şirələrdir. Onları gözəl ekologiyalı bol günəşli rayonlarda yetişən meyvə və giləmeyvələrdən əldə edirlər.

şəkillər