GRANTE Nar brendi 2019-cu ildə özünün 10 illiyini qeyd edəcək. | AZNAR
04.01.2019

GRANTE Nar brendi 2019-cu ildə özünün 10 illiyini qeyd edəcək.

Məhz Grante qatqılardan istifadə etmədən birbaşa sıxılma ilə əldə edilən nar şirəsi istehsal edən ilk şirkətlərdən biri olmuşdur.
Grante şirələri 1969-cu ildə qurulmuş AZNAR zavodunda istehsal olunur. Əvvəllər burada konservləşdirilmiş tomat və alma şirələri istehsal olunurdu. Müəssisənin təsisçisi və direktoru Teymur Fərəc oğlu Əhmədov öz doğma torpağını və onun yaqut sərvətini – Göyçay narını ürəkdən sevirdi. Müəyyən müddət sonra burada nar şirəsinin istehsalına başlandı.
Təbii şirə, ekoloji və mikroiqlim cəhətdən unikal yerdə - Azərbaycan Respublikasının Göyçay rayonunda yetişdirilmiş fərdi nar bağlarından toplanmış narlardan Aznar zavodunda istehsal olunur. Məhz bu narlar haqlı olaraq dünyada ən yaxşısı hesab olunur. Onların tərkibində С, B1, B2, В6, PP və Р vitaminləri, eləcə də makro (kalium, kalsium, maqnezium, natrium – 1-dən 300 mq/100 ml-ə qədər) və mikroelementlər (manqan, mis, sink, selen – 8-dən 600 mkq/100 ml-ə qədər) vardır. Bu cür tərkib üç amil sayəsində əldə edilib– münbit iqlim, minerallarla zənginləşdirilmiş su, peşəkar qulluq.
Grante nar şirəsi dolğun dada malikdir və tərkibində yaınız 1 inqredient vardır – birbaşa sıxılmış nar şirəsi. Bərpa edilmiş digər şirə nişanlarından fərqli olaraq Grante şirəsi – fərdi bağlarda yetişdirilmiş tamamilə təzə azərbaycan narlarıdır. Burada 2000 hektardan çox sahədə nar ağacları əkilmişdir.
Bir nar şüşəsində 2.5 kq təbii nar şirəsi (Grante) vardır. Şirəyə heç vaxt su, ya ucuz xammal və ya digər şirələr əlavə edilmir. Hal-hazırda bu brend xəttində 12-dən çox dad – nar şirəsi, nar-albalı, nar-üzüm, heyva, alma, alma- çuğundur, alma-feyxua- bütün şirələr birbaşa sıxılma yolu ilə əldə edilir.
Biz demək olar ki, bütün qitələrlə əməkdaşlıq edirik və Grante təbii nar şirələrini aşağıda qeyd olunan dünyanın bir çox ölkələrinə çatdırırıq: Amerika, Kanada, İzrail, Britaniya, Polşa, Çexiya, Macarıstan, İtaliya, Fransa, İspaniya, Litva, Latvia, Estoniya, Almaniya, Xorvatiya, Belçika, Albaniya, Avstraliya, Yeni Zellandiya, Belarusiya, Qazaxıstan, Rusiya, Çin, Tayvan, Tailand, Malayziya, Sinqapur, Koreya, Ərəb Əmirlikləri, Ukrayna.

unnamed (1).jpg