21.08.2017

GRANTE VƏ MIFB 2017 ŞİRƏLƏRİ - FOOD & BEVERAGE TRADE FAIR (KUALA-LUMPUR, MALAYZİYA)

2017-ci il avqustun 9-dan 11-dək Kuala-Lumpurda (Malayziya) böyük uğurla beynəlxalq qida və içki məhsulları sərgisi keçirildi. Sərgi ən yeni məhsulları, yerli və xarici delikates və innovasiyaları, qiymətli ideyaları və bilikləri, müasir texnologiyaları və xidmətləri təqdim etdi. Grante şirələri bu biznes hadisəsinin bir hissə oldu. Grante (Hall 3, D092) stendində biz birbaşa  sıxma yolu ilə alınan  TM Grante-ni (nar, nar-albalı, heyva, alma-feyxoa və b.) təqdim etdik.
Stendin ziyarətçiləri bazar, məhsul və çatdırma şərtləri haqqında tam məlumat aldılar. Biz 20-dən çox danışıqlar apardıq. Bu il MIFB sərgisinin 550-dən çox eksponent və 11 beynəlxalq pavilyonuna 58-dən çox ölkənin 20000-dən çox alıcı və mütəxəssisi baş çəkdi.

MIFB 2017 - FUTURE OF FOOD BUSINESS FOTOŞƏKİLLƏR

şəkillər