HERBARIA (MACARISTAN) ŞƏBƏKƏSİNDƏ ƏFSANƏVİ GRANTE  NAR ŞİRƏSİ | AZNAR
27.09.2017

HERBARIA (MACARISTAN) ŞƏBƏKƏSİNDƏ ƏFSANƏVİ GRANTE  NAR ŞİRƏSİ

XOŞ GƏLMİSİNİZ

Macarıstan boyunca 100-ə yaxın mağazaları olan Herbaria sağlam məhsullar şəbəkəsində Grante nar şirəsini və nar-albalı miksini almaq artıq mümkündür. Şəbəkənin təməli 1949-cu ildə dərman vasitələrinin istehsalı, emalı və satışı üzrə mağaza kimi  qoyulmuşdu. Məhsul çeşidinin fasiləsiz inkişafı nəticəsində şirkət çay, efir yağları, saç,  bədən, üz və ağıza qulluq üçün kosmetik vasitələr, habelə təbii məhsulların satışı ilə məşğul olan böyük şəbəkəyə çevrildi.

BRENDİN  GÜCÜ

Ekspertlərin statistikasına görə, birbaşa sıxma yolu ilə alınan təbii şirələrə maraq olduqca böyükdür. Təbii məhsullara tələb çox yüksəkdir. İstehlakçılar orqanizm üçün xeyirli olan  ekoloji və sağlam məhsulları bir az baha qiymətə almağa hazırdırlar. Satış həcminə macar alıcıları arasında təbii məhsulların  populyar olması ilə yanaşı,    bazardakı vəziyyət də təsir göstərir: insanlar yeni və qəribə dadı olan şirə və "superfudlar", yəni tərkibində mümkün qədər çoxlu miqdarda vitamin olan məhsullara üstünlük verirlər. Əlbəttə ki, bunlara  nar şirəsi də aiddir.

GRANTE  NAR ŞİRƏSİ NƏ  İLƏ FƏRQLƏNİR

Grante nar şirəsinin dolğun dadı var, tərkibində isə yalnız 1 inqrediyent – birbaşa  sıxma yolu ilə alınan  nar şirəsi var. Başqa markaların bərpa edilmiş şirələrindən fərqli olaraq, hamıya tanış olan Grante nar şirəsi  Azərbaycanın Göyçay şəhərinin ekoloji təmiz rayonunda şəxsi tarlalarda yetişdirilmiş müstəsna olaraq təzə Azərbaycan narıdır. Bağlar 2000 hektarlıq sahədə əkilmiş nar ağaclarından ibarətdir (müqayisə üçün:
Amerikanın nar üzrə liderinin nar tarlasının sahəsi  2 000 hektardır).  
Şirənin qiymətinə də bəraət qazandırmaq olar. 750 ml-k Grante nar şirəsi butulkasında  2,5 kq təzə nar var! Biz şirəyə su qatmırıq, ucuz xammal və ya başqa şirələr qarışdırmırıq. Siz 2-3 keyfiyyətə nəzarət pilləsindən keçən təbii şirə alırsınız.

şəkillər