NAR ŞİRƏSİNİN SİZİN BİLMƏDİYİNİZ 7 HEYRƏTAMİZ ÜSTÜNLÜKLƏRİ | AZNAR
26.05.2017

NAR ŞİRƏSİNİN SİZİN BİLMƏDİYİNİZ 7 HEYRƏTAMİZ ÜSTÜNLÜKLƏRİ

Nar toxumlarından istehsal edilən  dolğun yaqut rəngli  nar şirəsi  təbii  şirin ətirə  və sağlamlıq üçün   bir çox faydalı xüsusiyyətlərə malikdir. 

Xolesterinin  miqdarı yüksək olduqda, iltihab, yüksək təzyiq,  hiperqlikemiya (qanda şəkərin  miqdarının yüksək olması)  zamanı və başqa xəstəliklərdə köməklik edir. Qırmızı şərab və yaşıl çayla  müqayisədə nar şirəsinin tərkibində antioksidantlar daha çoxdur.  Həmçinin onun xərçənglə mübarizə aparmaq qabiliyyəti və güclü  iltihabəleyhinə  effekti də sübuta yetirilmişdir. 

Birbaşa  sıxma  - birbaşa sıma  yolu ilə alınan şirə  bilavasitə mexaniki emal  və üzərinə  təzyiq vasitəsi ilə  təzə meyvələrdən və ya tərəvəzlərdən  istehsal edilmiş şirədir.

Mağazada nar şirəsini alarkən, durulaşdırılmış deyil,  yalnız birbaşa sıxma  yolu ilə alınmış 100% təbii şirəni seçin.

Aşağıda  biz məhsulun çoxsaylı faydalı xüsusiyyətlərindən danışacağıq.

NAR ŞİRƏSİNİN SİZİN BİLMƏDİYİNİZ  7  HEYRƏTAMİZ  ÜSTÜNLÜKLƏRİ:

1) YADDAŞI YAXŞILAŞDIRIR

Tədqiqatlar göstərdi ki, nar şirəsi  fikri qabiliyyətinin inkişafı üçün faydalı ola bilər. Nar şirəsində olan polifenollar neyronları  qoruyub saxlamağa kömək edir. 2013-cü ildə maraqlı tədqiqat aparılmışdı. İştirakçılara dörd həftə ərzində hər gün 230 qr nar şirəsini qəbul etmək  təklif edilirdi. Bu zaman onların yarısına  şirə əvəzinə şirə dadı və qoxusunu verən  boyadılmış maye - plasebo verilirdi. Plasebo qəbul etmiş iştirakçılar təsadüfi qaydada  seçilmişdil. Qeyd etmək lazımdır ki, bütün iştirakçılar yaşlı idilər  və onların  hamısında  yaddaşla bağlı yaşlı adamlar üçün səciyyəvi olan müəyyən problemlər vardı.

Tədqiqatçılar  belə nəticəyə  gəldilər ki, hər gün şirə qəbul edən 28 iştirakçıda vizual və verbal  yaddaş əhəmiyyətli dərəcədə yaxşılaşdı. Alimlər fərz etdilər ki, nar şirəsi beyin fəaliyyətinə müsbət təsir göstərməklə  fikri  qabiliyyətləri yaxşılaşdırır. Həmçinin bəzi elmi məlumatlara görə, nar şirəsi Alsqeymer xəstəliyi ilə mübarizə apara bilir. Bu unikal xüsusiyyət nar şirəsini əminliklə beyin üçün faydalı məhsulların siyahısında birinci yerə qoymağa imkan verir.

2) XƏRÇƏNGLƏ MÜBARİZƏ APARMAĞA KÖMƏK EDİR

Narın tərkibində  xərçəngin bir çox növlərinin müalicəsi zamanı  müsbət təsir etdiyini sübut etmiş polifenollar və başqa komponentlər var.  Həmçinin tədqiqatlar göstərdi ki, nar xərçəng hüceyrələrinin artımını səngitməyə, onları məhv etməyə və iltihabı azaltmağa qadirdir.  Bu xüsusiyyətlərin üçü də xəstəliklə mübarizədə  müstəsna əhəmiyyətə malikdir. Olbani universitetinin  2014-cü ildə  apardığı  tədqiqat göstərdi ki, nar cövhəri xərçəng hüceyrələrinin  yayılmasının qarşısını almağa kömək edir. Nar şirəsi həmçinin prostat vəzi xərçəngi ilə mübarizədə də  özünü yaxşı tərəfdən  tanıtdı. Clinical Cancer Research jurnalı prostat vəzinin xərçənginə qarşı vasitə  kimi nar şirəsinin kliniki sınaqlarının nəticələrini ilk dəfə hələ 2006-cı ildə dərc etmişdi.

İştirakçılar (prostat vəzi xərçəngi olan kişilər və   prostat vəzinin xərçəngindən  müalicə kursunu keçmiş   kişilər) bir fincan (təxminən 230 qr) nar şirəsi içirdi. Onların vəziyyəti fasiləsiz   nəzarət altında idi.

Tədqiqatçıların  gəldikləri   nəticəyə görə, sınaqdan keçirilənlərdə prostat- spesifik antigenin ikiqat artım vaxtı artmışdır.

Sadə dildə desək, bu, ona görə mühüm əhəmiyyət kəsb edir ki, prostat- spesifik antigenin ikiqat artım vaxtı pasiyentin ömür müddətinin müəyyən edilməsi üsuludur. RSA-nın artım müddəti nə qədər çox olsa,  proqnoz da bir o qədər nikbin olar. 2012-ci ildə aparılan  başqa bir tədqiqat təsdiqlədi ki, nar cövhəri prostat hüceyrələrinin sayının artmasını ləngidir. Bütün bu tədqiqatlar bir daha  təsdiqləyir ki, nar şirəsi xərçəngə qarşı mübarizə aparan  məhsulların siyahısında ön sıraları tutmağa layiqdir.

3) İLTİHABI AZALDIR

İttihabi proseslər demək olar ki, istənilən xəstəliyi müşayiət edir. Nar, eləcə də  nar şirəsi  iltihabəleyhinə təsirə malikdir ki, bu da  sübuta yetirilmişdir. 2012-ci ildə Amerikanın  Evidence-based Complementary and Alternative Medicine tibb jurnalı bağırsaqlarda nar şirəsinin necə  “işlədiyini”  əyani şəkildə  nümayiş etdirən  tədqiqatın nəticələrini dərc etmişdi. Tədqiqat çərçivəsində meyvə qabığı, şirəsi və çiçəyi də daxil olmaqla  bütünlüklə istifadə olunurdu. Yekunda tədqiqatçılar narın güclü xoraəleyhinə təsirini təsdiqlədilər.

Başqa bir  tədqiqat çərçivəsində nar şirəsinin ikinci tip diabetli  pasiyentlərə təsiri araşdırılırdı. Nəticədə narın iltihabı azaltmaq qabiliyyəti təsdiqləndi. Tədqiqatçılar sübut etdilər ki, nar şirəsindən müntəzəm (12 həftə ərzində  gündə bir fincandan bir az artıq) istifadəsi pasiyentlərdə iltihab markerlərini azaldır. Belə ki, məsələn, yüksək həssas C-reaktiv zülal 32%, B-hüceyrələrinin stimulyasiyası amili  30% azalmışdı.

4) ÜRƏK  SAĞLAMLIĞINI QORUYUR

Nar şirəsi qan təzyiqinə yaxşı təsir göstərdiyindən, məntiqlidir ki, o, ürəyin də sağlamlığını möhkəmləndirir. Yüksək miqdarda antioksidantlar ürəyin sağlamlığını qoruyur. Clinical Nutrition jurnalı nar şirəsinin daxili yuxu arteriyasının stenozuna - ürəkdən beyinə qan daşıyan iki əsas damarın daralmasına təsirini araşdıran tədqiqatın nəticələrini dərc etdi. Bu xəstəlikdən  əzab çəkən iştirakçılar nar şirəsinin köməyi ilə təzyiqi 12%,  aterosklerotik lövlələrin yaranmasını isə  30% azaltdılar.  Nar şirəsini istifadə etməyən pasiyentlərdə eyni vaxt ərzində   bu iki magistral arteriyada lövlələr 9% artdı. Bütovlükdə tədqiqat çərçivəsində sübut edilmişdi ki, nar şirəsi arteriyalarda lövlələrin yaranma  riskini əhəmiyyətli dərəcədə azaldır, təzyiqi aşağı salır və aşağı sıxlıqlı  lipoproteinlərin oksidləşməsini azaldır. 

5) OSTEOARTRİT ZAMANI VƏZİYYƏTİ YAXŞILAŞDIRIR

Osteoartrit oynaqların dağılmasına gətirən ən geniş yayılmış xəstəliklərdən biridir. Bəzi  tədqiqatlar sübut edir ki, nar şirəsi iltihabı azaltmaqla qığırdaq toxumasını qoruyub saxlamağa kömək edə bilər. Güman edilir ki, məhsulun bu xüsusiyyəti   onun tərkibində yüksək miqdarda  antioksidantların olması ilə  şərtlənir.  2016-cı ildə nar şirəsinin osteoartrit olan pasiyentlərin vəziyyətinə təsirini qiymətləndirmək məqsədi ilə tədqiqat aparılırdı. Tədqiqat zamanı diz oynağı osteoartriti olan 38 nəfər sınaqdan keçirildi. 
Altı həftə ərzində iştirakçılar hər gün bir  fincan nar şirəsini qəbul edir,  bəziləri isə şirə əvəzinə   plasebo qəbul edirdi. Tədqiqatçılar qeyd etdilər ki,   nar şirəsini içənlərdə  hərəkətlilik yaxşılaşdı, sümükləşmə azaldı, qığırdaq toxumasını  dağıdan maddələrin miqdarı aşağı düşdü və antioksidant status yaxşılaşdı.

6) TƏZYİQİ AŞAĞI SALIR 

Nar şirəsində antioksidantların miqdarının  yüksək  olması  yüksək təzyiqi (hipertoniya) təbii yolla aşağı salmağa imkan verir. 2016-cı ildə nar şirəsinin təsirinin  meta-analizi  (bir neçə tədqiqatın məlumatlarının  araşdırılması) qan təzyiqinin tənzimlənməsinə təsirini qiymətləndirməyə imkan verdi. Belə ki, müəyyən edilmişdi ki, nar şirəsindən  istifadə edilməsi qan təzyiqinə daimi müsbət təsir göstərir. Tədqiqatçılar onu da əlavə  etdilər ki, ürək xəstəliyi olanlar da bu şirəni rasiona daxil etməlidirlər.

7) ANTİOKSİDANTLARIN YÜKSƏK MİQDARINI TƏMİN EDİR

Nar şirəsiniun tərkibində  xəstəliklərlə mübarizə aparmağa və sağlamlığı möhkəmləndirməyə imkan verən yüksək miqdarda  antioksidantlar var.  Öz qida rasionuna daha çox antioksidantlar daxil etmək  istəyənlər üçün nar ən yaxşı seçimdir.  Nar şirəsinin tərkibində punikalaqin adlı tanin, habelə  antosianlar, polifenollar, ellaqa turşusunun törəmələri və hidroliz edilmiş tanin kimi  başqa antioksidantlar da var.

Amerikanın "Journal of Agricultural and Food Chemistry-in" jurnalının dərc etdiyi  tədqiqat  əyani  şəkildə göstərdi ki, nar şirəsində antioksidantların miqdarı qırmızı şərab və yaşıl çayda olan antioksidantların miqdarını  əhəmiyyətli dərəcədə aşır.

NAR ŞİRƏSİ ƏN FAYDALI ŞİRƏDİRMİ?

Nar şirəsi nardan – alçaqboylu ağaclarda  yetişən meyvələrdən istehsal olunur. İlk dəfə nar Cənub-Şərqi Avropada və Asiyada yetişdirildi. Sonra missionerlər  narı Meksika və Kaliforniyaya gətirdilər.  Bir böyük nardan dörddə bir və ya yarım stəkan  şirə  almaq olar. Meyvənin ən qidalı hissəsi toxumlarıdır, buna görə  də şirə onlardan hazırlanır. Bir stəkan  nar şirəsinin tərkibində təxminən:

  • 135 kalori
  • 33 qram karbohidrat
  • 0.2 qram sellüloz
  • 0.3 qram zülal
  • 0.7 qram yağ
  • sutkalıq niasin normasının 3%-i
  • sutkalıq  mis  normasının 3%-i
  • sutkalıq   kalsium normasının  3%-i
  • sutkalıq fosfor  normasının  3%-i
  • sutkalıq maqnezium normasının  4%-i
  • sutkalıq E vitamini E normasının  5% -i
  • sutkalıq K  vitamini normasının 32%-i
  • sutkalıq  manqan normasının  12%-i
  • sutkalıq folio turşusu  normasının 15%-i
  • sutkalıq kalium normasının 15%-i var.

NAR ŞİRƏSİ DİGƏR ŞİRƏ NÖVLƏRİ İLƏ MÜQAYİSƏDƏ

Üzüm və ya portağal kimi  asanlıqla istifadə edilə bilən  meyvələrdən istehsal edilən  çoxlu sayda   şirələr var.  Lakin narı qida kimi istifadə etmək elə də asan deyil.  Çoxları  bu nadir  yumru meyvəni   necə düzgün kəsib  təmizləməli olduğunu  bilmir. Rasiona nar toxumlarının əlavə edilməsi  son dərəcədə  əhəmiyyətli olsa da, bu məhsulu şirə şəklində  qəbul etmək daha asandır. Bu, o deməkdir ki,  toxumlarla müqayisədə  şirəni  gündəlik pəhrizə daxil etmək daha asandır.

Bu yaxınlarda Los-Anjelesdə Kaliforniya universiteti tərəfindən təşkil edilmiş tədqiqat ən faydalı şirələrin top onluğunu  müəyyən etməyə imkan   verdi.  Məhz nar şirəsinin qalib gəlməsi (başqa şirələrlə müqayisədə antioksidantların miqdarının  20%  çox olması hesabına) heç də təəccüblü deyil.

Şirələrin reytinqi onların tərkibində antioksidantların miqdarına,  aşağı sıxlıqlı  lipoproteinlərin oksidləşməsini  səngitmək qabiliyyətinə  və polifenolların ümumi miqdarına  əsasən  tərtib edilmişdi.

Reytinq aşağıdakı kimidir:

  1. nar şirəsi
  2. qırmızı üzüm şirəsi
  3. qaragilə şirəsi
  4. meşə gilası şirəsi
  5. yemişan giləmeyvələri  şirəsi
  6. mərcanı şirəsi
  7. portağal şirəsi
  8. alma şirəsi

NƏ QƏDƏR MİQDARDA NAR ŞİRƏSİ  FAYDALI HESAB EDİLİR?

Bu barədə vahid tövsiyə olmasa da, gündə 200-300 qram nar şirəsi insanların əksəriyyəti üçün adətən optimal norma hesab edilir. Bu dozada şirə  tamamilə təhlükəsizdir   və faydalıdır. Yenə də qeyd etmək lazımdır ki, tərkibində şirinləşdirici maddələr olmayan  100% təbii şirə qəbul etmək lazımdır.

Xüsusi hallarda  aşağıdakı  dozalar tətbiq olunur:

  • ateroskleroz – gündə 50 qr
  • prostat vəzinin xərçəngi – gündə 230 qr.

Narın təzə toxumları və ya şirəsi adətən soyuducuda 5 günə qədər saxlanılır. Əgər Siz bu vaxt ərzində bu ehtiyatı axıra qədər qəbul edə bilmirsinizsə, məhsulu dondurmaq olar.

ƏN YAXŞI NAR ŞİRƏSİNİ NECƏ  SEÇMƏLİ?

Əgər Sizin öz əllərinizlə təzə narlardan nar şirəsini  düzəltməyə vaxtınız və ya həvəsiniz yoxdursa, onda birbaşa  sıxma yolu ilə alınan 100%  təbii nar şirəsini, məsələn,  Grante  şirəsini alın. O,  aşağıdakı üstünlüklərə malikdir:

  • bərpa edilmiş deyil,  100% təbiidir
  • lazım olan  bütün keyfiyyət sertifikatları var
  • hər butulkada soyuq sıxma  üsulu ilə  sıxılmış 3 kq nar şirəsi var
  • ekoloji təhlükəsiz qeyri-toksiki  şüşə butulkalarda satılır
  • elə də baha deyil.

Ehtiyatlılıq  tədbirləri və dərman preparatları ilə qarşılıqlı təsirləri

İnsanların əksəriyyətində nar şirəsinin qəbulu   hər hansı neqativ nəticələrə səbəb olmur.  Ancaq bəzilərində nara qarşı  allergiya ola bilər. İstənilən  şirə kimi, nar şirəsini də  diabetiklər və  qanda şəkərin miqdarı yüksək olan  insanlar  ehtiyatla qəbul etməlidirlər.

Meyvə şirəsinin tərkibində   çoxlu miqdarda şəkər var. Diabetdən əziyyət   çəkən insanlar  həkimlə məsləhətləşməlidirlər. Əgər  təzyiqiniz aşağıdırsa, nəzərə alın  ki, nar şirəsi onu bir az da   aşağı sala bilər. Nar təzyiqə təsir göstərdiyindən, cərrahi əməliyyatdan əvvəl ən azı 2 həftə nar şirəsini və ya nar toxumlarını qəbul etməmək  tövsiyə edilir.

Qreypfrut kimi, nar da bəzi  dərman preparatlarının təsirini azalda bilər.

SON OLARAQ

Təzə nar da, nar şirəsi kimi,  bütün  faydalı xüsusiyyətlərə malikdir, amma  əlavə olaraq onun tərkibində sellüloza  var, şəkərin miqdarı da   onda  nisbətən azdır.  Buna görə də bəzən şirəni bütöv nar toxumları ilə əvəz etmək tövsiyə olunur.

Ancaq narın şirə şəklində qəbulunun daha  asan olduğunu nəzərə alaraq, bir çox  hallarda   onunla  kifayətlənmək olar.

Nar şirəsinin qəbulu  narın bütün üstünlüklərindən müntəzəm olaraq   həzz almağın rahat  üsuludur. Əgər Siz tərkibində şirinləşdirici maddələr olmayan  yalnız 100% təbii şirə istifadə edəcəksinizsə, onda  şəkər həddini  keçəcəyinizdən  ehtiyatlanmaya bilərsiniz.   Eyni zamanda  Siz öz rasionunuzu ən vacib  nutrientlərlə -  antioksidantlar, kalium,  K vitamini, folio turşusu və s.-lə zənginləşdirmiş olacaqınız.

Elmi araşdırmalar təsdiqləyir ki, nar şirəsi sağlamlıq üçün çoxsaylı faydalı xüsusiyyətlərə malikdir. O, xərçənglə mübarizə aparmağa kömək edir, yüksək təzyiqi normallaşdırır, ürək-damar sistemini möhkəmləndirir, osteoartrit zamanı kömək edir, yaddaşı yaxşılaşdırır və iltihabi proseslərlə mübarizə aparır.

NAR ŞİRƏSİNİN SİZİN BİLMƏDİYİNİZ  7  HEYRƏTAMİZ  ÜSTÜNLÜKLƏRİ: