NARŞƏRAB GÜNƏŞLİ AZƏRBAYCANDA HAZIRLANMIŞ VƏ GENİŞ ISTIFADƏ EDILƏN UNİKAL SOUSDUR! | AZNAR
25.06.2017

NARŞƏRAB GÜNƏŞLİ AZƏRBAYCANDA HAZIRLANMIŞ VƏ GENİŞ ISTIFADƏ EDILƏN UNİKAL SOUSDUR!

Narşərab  günəşli Azərbaycanda hazırlanmış və geniş istifadə edilən unikal sousdur! Qatı, tünd, dolğun qırmızı rəngli, yüngül meyvə şirinliyi olan  turşməzə dadlı cəzbedici ətir  qammalı mayedir. Klassik məhsulun tərkibində yalnız təzə nar şirəsi və şəkər var. Lakin ədviyyat və ədviyyəli otların əlavə edildiyi narşərab reseptləri də var.

granatovii-sous-narsharab grante.jpg

Narşərablar müxtəlif olur. Amma ən yaxşı sous Göyçayda yetişdirilən  nar növlərindən   hazırlanır. Bu meyvələrdən hazırlanmış məhsul daha dolğun dadlı və ətirli  alınır. Azərbaycan dilindən tərcümədə Narşərab “nar şərabı” deməkdir. Həqiqətən də, bu məhsulu dadmış  insanlar qeyd edirlər ki, o, xoş çaxır notları ilə dolu olmaqla  unikal meyvə dadı bəxş edir.

Narşərab ətin gözəl dadına  turşməzə-şirin notlar qatmaqla ət xörəklərinə yaxşı dad verir. "Nar şərabı" balıq xörəklərinə də əla dad gətirir. Narşərabdan  kulinariya kompozisiyasının hazırlanması mərhələsində marinad kimi istifadə etmək və ya artıq hazır xörəklə vermək olar. İstənilən  halda narşərabın köməyi ilə bir çox xörəklərə  xüsusi  çalar vermək olur. Orijinal turşməzə dad iştahanı açır, zəngin ədviyyə-meyvə qamması isə qastronomiya kompozisiyasını bitkinləşdirir.

Ən yaxşı NARŞəRAB AZƏRBAYCANDA HAZIRLANIR

"Nar şərabı" sousunun  ideyası  Azərbaycanda yaranmışdır. Sous Qafqaz mətbəxinin ən yaxşı tərəflərini özündə birləşdirmiş,  buna görə də yeməyə  parlaq, yadda qalan çalar bəxş  edir.

Azərbaycanda resept nəsildən-nəsilə ötürülür. Narşərab hazırlanan hər evdə bu kulinariya  yeniliyinin hazırlanmasının öz sirləri olur. Aydındır ki, ən yaxşı narşərab məhz Azərbaycanda hazırlanır. Ətə qatılan qatı şirintəhər-ədviyyəli əlavənin əsasına Azərbaycan günəşinin zərif şüaları altında yetişdirilən təzə nar meyvələri və təmiz şəkər tozu qoyulur. Və məhz bu ölkədə lazımi miqdarda yaqut dənəli  təzə meyvələri əldə etmək mümkündür.
Klassik Narşərab təmizlənmiş, qabaqcadan sıxılmış təzə nar dənələrindən hazırlanır. Hazır şirə bir neçə gün ərzində saxlanılır. Sonra şirəyə tədricən şəkər əlavə etməklə  lazımi konsistensiyanın alınmasına qədər vam odda buğa verilir. Sous verilməsi güman edilən vaxtdan 3 gün əvvəl hazırlanır. Məhsulu kifayət qədər uzun müddət saxlamaq olur. Buna görə də Azərbaycanda adətən birdən-birə çoxlu miqdarda belə gözəl sous hazırlanır.

Narşərabın istehsalat şəraitində hazırlanma texnologiyası evdə hazırlanma  texnologiyasından   az fərqlənir. Fərq yalnız miqyasdadır  və məhsulun termik emalı müasir sənaye avadanlığının köməyi ilə həyata keçirilir. Amma  xörəklər üçün sevimli nar doldurmanın  ən yaxşı hazırlanma  ənənələri tam qorunub  saxlanmışdır,

FAYDASI

Narşərab təbii nar şirəsindən və şəkərdən hazırlanmışdır. Bu, şah kulinariya əsərinin faydası  göz önündədir. Nar qanda hemoqlobinin göstəricisinin stabilləşməsinə səbəb olur. Şirə qanyaratmaya  əlverişli təsir göstərir, aşağı arterial təzyiqi tarazlaşdırır, təbii güc və sağlamlıq mənbəyidir. Nar konsentratı  orqanizmə güclü immunmodullaşdırıcı  təsir  göstərir. Həmçinin bu "nar şərabı"nın  antioksidant  xüsusiyyətlərinin də olduğu blidirilir.  Çox gözəl dadverən keyfiyyətlər pozitiv əhval-ruhiyyə  yaradır. Axı insan dadlı yemək yeyəndə,   sevinc  hormonları (endorfinlər, serotonin) hasil edilir.

GÜMAN EDİLƏN ZƏRƏR 

Ancaq bütün faydalı keyfiyyətləri ilə yanaşı, Narşərab sousunun istifadəsinin zərərini də bilmək yaxşı olardı. Hipertoniyadan əziyyət çəkən insanlar nəfis  balıq və ət xörəklərinə  əlavə edilən bu məhsuldan  sui-istifadə etməməlidirlər. Komponentlərinə qarşı fərdi dözümsüzlüyü olan insanlarda Narşərab sousu ağır allergik reaksiya verə bilər. Nar güclü bərkidici vasitə hesab edilir. Əgər insan qəbizlikdən əziyyət çəkirsə, onda o, bu kulinariya nəfisliyindən sui-istifadə etməməlidir.

Sous qastroenteroloji  xəstəliklərdə də  ziyanlıdır. Mədə yarası, qastrit, duodenit və başqa tipik problemlər çox vaxt  belə qidadan istifadə üçün əks göstərişdir. Narşərabın tərkibində saxaroza və fruktoza var. Diabetiklər bunu insulin dozasının hesablanması və ya aşağı karbohidratlı pəhrizin tərtib edilməsi zamanı nəzərə almalıdırlar. Yetkin yaşa çatmış  sağlam insanlara və uşaqlara (12 yaşdan yuxarı) sous zərər  yetirməyəcək. Amma Narşərabı ağlabatan həddə  istifadə etmək lazımdır. Unutmamalıdır ki, onun vəzifəsi  qastronomiya qammasının əsas notu olmaq deyil, dadı nəzərə çarpdırmaqdır.

NARŞƏRAB SOUSLU  DORADO

Sonda pikant  Narşərab   souslu  çox dadlı balıq xörəyinin  reseptini təqdim edirik.

dorado-512x560.jpg

Lazım olanlar:

  • Dorado –orta ölçülü, 2 əd.
  • Kərə yağı – 30 qram
  • Narşərab sousu – 60 ml (2 x.q.)
  • Təbii bal – 2 ç.q.
  • Sarımsaq – 3 diş
  • Qaynar su – 100 qram
  • Duz, istiot – zövqə görə
  • Un  - panirovka üçün
  • Bitki yağı – qızartmaq üçün.

Balıq yuyulur, içalatı çıxarılır və təmizlənir. Sonra doradonun tam və ya porsion tikələri unda  batırılıb orta odda qızardılır. Yağ maye halına gələnə qədər əridilir və Narşərab, doğranmış sarımsaq, ədviyyatlar və bal ilə qarışdırılır. Sonra qaynar su əlavə edilir və həmcins kütlə alınana qədər qatışdırılır. Alınmış qarışıq hələ də  tavada olan balığın üzərinə tökülür. Sonra qapaqla örtüb 5-7 dəqidə bişirmək tövsiyə olunur. Bu müddət ərzində su, demək olar ki, tam buxarlanacaq, balıq isə  ədviyyə ətirli və pikant dadlı   turşməzə-şirin şirə ilə örtünəcək. Dorado qaynar verilməlidir. Xörəyi kəklikotu və yetişmiş nar dənələri ilə bəzəmək olar.

Nuş olsun!