ProdEkspo sərgisi (Moskva, fevral, 2017-ci il) | AZNAR
22.02.2017

ProdEkspo sərgisi (Moskva, fevral, 2017-ci il)

24-cü beynəlxalq ərzaq məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisi “PRODEKSPO-2017” Rusiyada ərzaq məhsulları mövzusunda ən yaxşı sərgi hesab olunmuşdur. Sərgi Moskvada fevralın 6-dan 10-dək Krasnaya presnya sahilindəki Eksposentr sərgi kompleksində keçirilmişdir.

“PRODEKSPO-2017”:

təxminən 100 000 kv.m.

58 ölkədən  2 188 iştirakçı  

29 milli ekspozisiya

Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə.

Sərgi RF Ticarət-Sənaye Palatasının himayəsi altında keçirilir.

ProdEkspo 2017-də biz ТМ Grante 2017-ci il çeşidlərinin yeni nümunələrini: birbaşa sıxılan çuğundur-alma şirəsini və birbaşa sıxılan gilas-üzüm şirəsini təqdim etdik.  Qeyd edək ki, biz sərgidə birbaşa sıxılan təbii şirələr istehsal edən yeganə şirkətik.RF bazarında şirə məhsullarının 95%-dən çoxunu bərpaedici şirələr, içkilər və nektarlar təşkil edir. Əksinə, Grante şirələri şəkər, rəngləndirici və konservant qatılmayan 100% təbii şirələrdir.Məsələn, 750 ml-lik 1 butulka  Grante nar şirəsində 2,5-3 kq Göyçay narı vardır.

Biz əlavə olaraq orta bölməli birbaşa sıxılan şirə əsaslı Granat nektarlarının geniş çeşidini təqdim etdik. Məhsul çeşidlərinə feyxoa, üzüm, alma, gilas, heyva, nar və armud nektarları daxildir.

şəkillər