YENİ GRANTE KOMPOTLARI-AZƏRBAYCAN ALBALISINDAN KOMPOT! | AZNAR
11.08.2017

YENİ GRANTE KOMPOTLARI-AZƏRBAYCAN ALBALISINDAN KOMPOT!

Albalıdan Grante kompotu – hər damlasında yayın ətri. Azərbaycanın təbii giləmeyvə və meyvələrindən hazırlanmış Grante kompotu qədər yaxşı içki yoxdur!

Azərbaycan – kompotun Vətəni. 

Şəkərsiz Grante kompotu – bu hər komponentin diqqətlə ayarlanmış dadının incə harmoniyasıdır. Tələsmədən və tərəddüd etmədən yaradılan bu kompot öz sağlamlığının qayğısına qalan insanlara xüsusi ilə yaxındır. Bu seriyadan olan kompotların tərkibində fruktoza və stevia var ki, bu da təkcə qurmanların zövqünü oxşamır, həm də pəhriz saxlayanlar üçün idealdır. 
vishnya grante.jpg

GRANTE KOMPOTLARDA ŞƏKƏRDƏN İMTİNA EDİR!

Şəkərin ümumi zərəri bizi ucuz və alışqanlığa səbəb olan maddələrə alternativ axtarmağa məcbur etdi. Bunlardan biri də stevia oldu. Bu çox şirin ballı otdur ki, emal prosesində steviozidə çevrilir
NPD Group tədqiqat şirkəti şəkər məhsulunu sağlamlığına diqqət yetirən istehlakçıların imtina etməyə cəhd etdikləri bir nömrəli məhsul adlandırır. 
Tərkibi adi şəkərdən 15 dəfə daha şirin olmasına baxmayaraq tamamilə zərərsiz və təbiidir. Stevianın 100 qramında cəmi 18 kalori var. Bu çiyələk və kələmin kalorisindən daha azdır. Alimlər stevianı dünyanın ən yaxşı şəkər əvəzləyicisi adlandırır. 

STEVIA –NIN FAYDALI TƏRKİBİ:

  • İnsulin emissiyasını provokasiya etmir, qlükoza səviyyəsini normallaşdırır – diabetiklər üçün idealdır.  
  • Uzunmüddətli istifadə zamanı alışqanlıq və təhlükə yaratmır.  
  • maddələr mübadiləsini yaxşılaşdırır..
  • Tərkibində А, D, С, Е, РР, В vitaminləri, kalsium, fosfor, maqnezium, kalium var. 
Diabetdə pəhrizdən çıxarılmış məhsullar içərisində şəkər və tərkibində şəkər olan məhsullar başlıca yer tutur. Şəkərin istehlakı ağırlaşmalara və vəziyyətin pisləşməsinə gətirib çıxarır. Stevia isə diabetlər üçün təhlükəsizdir, insulinin səviyyəsini qaldırmır və qlükozanın miqdarını normallaşdırır. 
Aşağı kalorilik, təbii komponentlər, əla dad və şəkərin olmaması diabet xəstələrinə, idmançılara və arıqlayanlara Grante kompotlarını içməyə imkan verir. Kompot seriyasına çiyələk, albalı, qara və qırmızı yemişan, alça, heyva, zoğal, nar, göyəm və feyxoadan hazırlanmış kompotlar daxildir.  Kompotların kalori miqdarı 100 q-da 45 kalorini keçmir.