Yenilik: Grante yüngül kompotu. Fruktoza və stevia ilə! | AZNAR
14.12.2015

Yenilik: Grante yüngül kompotu. Fruktoza və stevia ilə!

GRANTE YÜNGÜL KOMPOTU. Yeni  məhsul!
  • Təzə giləmeyvələrdən! Mövsümi istehsal
  • Sağlam qida: Fruktoza və  stevia ilə!
  • YÜNGÜL! 2  dəfə daha az kalori! Pəhriz qidası  kimi, idealdır.
  • Orijinal çeşid. Nəfis dad harmoniyası!
компоты.jpg

Grante  “yüngül” kompotu – hər bir inqrediyenti,  onun üçün dəqiqliklə ayırd edilmiş yeri tutan nəfis dad harmoniyasıdır. Tələsmədən yaradılmış bu kompot, təbiətlə vəhdət  yaratmağa çalışan insanlara xüsusilə  yaxındır. Bu seriyadan olan kompotların tərkibində  fruktoza və steviya var, və  onlar nəinki qurmanların zövqünü oxşayacaq, eləcə də  pəhriz qidası kimi idealdırlar.    

Təzə giləmeyvələrdən ! Mövsümi  istehsal
Bu kompot mövsümi  kompotdur, çünki Azərbaycanda yayın sonu  və payızda yığdığımız və təzə halda zavoda çatdırdığımız  təzə giləmeyvələrdən və meyvələrdən hazırlanır. Giləmeyvələr zavoda çatdırılan kimi Grante “yüngül” kompotun hazırlanması  üzrə çox zəhmət aparan iş başlanır. Müəssisə mütəxəssisləri texnoloji  prosesi və  işin nəticəsini  - son məhsulu diqqətlə nəzarət  edirlər.        

Fruktoza və  stevia ilə  sağlam qida!
Fruktoza qanda şəkərin miqdarını  çoxaldır. Şəkərdən fərqli olaraq o insulin tələb edir.  Elə  bu səbəbdən fruktozanı şəkərli  diabet  xəstələri üçün  istifadə  edirlər.  Stevia ekstraktı Steviozid adlanır.  Onu stevia yarpaqlarının su ilə  ekstrasiya olunması yolu ilə  alırlar.  Təbiilik –  onun, “kimyəvi”  analoqlarından əlverişli fərqi.  Son 30 il ərzində inkişaf etmiş  ölkələrdə  geniş  tətbiq olunur, Yaponiyada isə şirinləşdiricilər arasında bazarın 50% zəbt eləyib və milli sərvət elan olunub! Steviozin şəkərli çuğundurdan 300 dəfə daha şirindir. Nəticə olaraq, bərabər şirinlik səviyyəsinə  nail olmaq üçün steviozidi bıçağın ucunda əlavə edirlər ki, eyni zamanda adi  şəkər daha çox miqdarda olur.  

Grante kompotlarının dadları  necədir?
  • Göyəm kompotu (Spinosa gavalısı və  ya vəhşi  gavalı)
  • Zoğal kompotu
  • Nar və  heyva kompotu
  • Feyxoa kompotu
  • Qara yemişan kompotu
  • Qırmızı yemişan və  feyxoa kompotu
Grante kompotlarının qablaşması və görünüşü
Grante kompotları  tutumu 1000 ml (1 l) olan şüşə  qablara süzülür. Qapaq qismində twiss-off tipli qızılı qapaq istifadə olunur. Etiket və  lent davamlı materialdan hazırlanıb – ayrıca düşünülmüş dizayner elementlərində parıltı  verən metallaşdırılmış kağız.   
Qapağa və  şüşə qabın boğazına yapışdırılan qoruyucu lent kompotların  premiallığını vurğulayır və qabağın  açılmasına qarşı əlavə element kimi xidmət edir.