Zabit Səmədov Zimmermandan revanş aldı | AZNAR
23.08.2017

Zabit Səmədov Zimmermandan revanş aldı

Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədov hollandiyalı idmançı Errol Zimmermanla döyüşdən qalib ayrılıb.

Görüş Qroznıda "Kolizey" idman kompleksində "Aznar" kompaniyasının dəstək ilə Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri çərçivəsində keçirilib.

Xatırladaq ki, Zabit Səmədov 2008-ci ildə Avropa Qran-Prisinin finalında Zimmermana məğlub olmuşdu.

şəkillər