Grante şirəsi Great Taste Award 2015 mərasimində Ulduzlar almışdır | AZNAR
17.09.2015

Grante şirəsi Great Taste Award 2015 mərasimində Ulduzlar almışdır

Great Taste Award – Hər il Böyük Britaniyada keçirilən qida məhsulları və içkilər sahəsində keçirilən ən iri və etibarlı mükafatdır. Kiçik qruplarda çalışan 400-ə  yaxın münsif bütün dünyadan olan 10 000 qida məhsulunu qiymətləndirilər. Bu il  dequstasiya 49 gün ərzində  keçirilmişdir,  aprel ayından iyul ayınadək.  Və nəticədə, münsiflər ən yaxşı  məhsulları  seçib onlara 1-3 ulduz vermişdilər. Ancaq ən nəfis, ətirli, tamahlandırıcı,  delikates və  ləziz  qida məhsulları  və  içkiləri Great Taste Award 2015 mükafatını  almışlar, Grante şirəsi də  onların sırasındadır:
  • Şəffaflaşdırılmış nar şirəsi - 1 ulduz
  • Nature nar şirəsi  - 1 ulduz
  • Şəffaflaşdırılmış heyva şirəsi - 1 ulduz
  • Şəffaflaşdırılmış nar-alma-üzüm şirəsi   - 1 ulduz
  • Narşərab nar şirəsi - 2 ulduz
Great Taste Award 2015 məhsulun keyfiyyət nişanıdır. Beləliklə, distributorlar, alıcılar və  bizim nə  içdiyimizə laqeyd olmayanlar üçün  təsdiq edirik ki, biz öz uşaqlarımıza danılmaz olan çox yüksək keyfiyyətli məhsulumuzu Grante təbii şirəsini veririk. Testin nəticələrinə  baxın  burda.

şəkillər