UZUNÖMÜRLÜLÜK ŞİRƏSİ: ÇUĞUNDUR-ALMA ŞİRƏSİ ÖMRÜ UZADIR | AZNAR
09.03.2017

UZUNÖMÜRLÜLÜK ŞİRƏSİ: ÇUĞUNDUR-ALMA ŞİRƏSİ ÖMRÜ UZADIR

Son tibbi tədqiqatlar göstərmişdir ki, yaxşı məlum olan çuğundur şirəsi yalnız faydalı vitaminlər kompleksinə deyil, həm də ömrü uzatmaq xassəsinə malikdir. Azərbaycanın uzun illərdən bəri  Grante brendi altında təbii təzə sıxılmış şirələr və nektarlar istehsal edən Aznar zavodunun mütəxəssisləri bu məlumatları nəzərə almışlar. Alıcılarımızın qayğısına qalaraq, dad keyfiyyətləri yaxşılaşdırılmış yeni şirə - birbaşa sıxılan çuğundur-alma şirəsi istehsal etmişik.    
beetroot and apple new grante 2017 en.jpg

DƏRMAN KİMİ ŞİRƏ

Təsadüfi deyil ki, insanların təbii, keyfiyyətli məhsullara, təzə sıxılmış şirələrə marağı ildən-ilə artır. Çoxlu faydalı meyvə-tərəvəz arasında alma və çuğundur haqlı olaraq xüsusi şöhrətə malikdir. Onların şirəsi insanı stressdən və yüksək qan təzyiqindən xilas etmək, ürək əzələsini, damarları, bağları və vətərləri möhkəmləndirmək, ömrü qısaldan toksinlərdən qurtulmaq üçün zəruri olan vitaminlərin və maddələrin əsl xəzinəsidir. Bu yaxınlarda həkimlər bildirmişlər ki, çuğundur şirəsi uzunömürlülüyə təkan verir və hətta xərçəngə qarşı mübarizə aparmağa kömək edir. Buna görə də 2017-ci ildə “Aznar” zavodu özünün məhsul çeşidinə bu yüz faiz təbii və faydalı məhsulu daxil etmişdir.

“GRANTE” YENİ ÇUĞUNDUR-ALMA ŞİRƏSİ:

  • meyvə və tərəvəzlərdən birbaşa sıxılmaqla alınır, beləliklə, onun faydalı xassələri qorunur; 
  • konservantlar, şəkər və rəngləndiricilər tətbiq olunmur;
  • meyvə və tərəvəzlərin müalicəvi qüvvəsini qoruyub saxlayan müasir avadanlıqdan və ən yeni texnologiyalardan istifadə olunur;   
  • plastik deyil, şüşə qablara doldurulur, bu da keyfiyyətə təminat verir.

TƏBİƏTİN NEMƏTİ

Çuğundur-alma şirəsi tərkibində insana lazım olan hər şeyin: А, С, Е, РР,  В qrupu vitaminlərinin, kalium, natrium, kalsium, maqnezium, fosfor minerallarının, fol turşusunun olduğu sehrli iksirdir. Şirə həzmdən maddələr mübadiləsinə qədər insan orqanizminin bütün funksiyalarına müsbət təsir göstərməyə qadirdir. O, yalnız faydalı deyil, həm də dadlı məhsuldur. Şirə xoş, şirintəhər dada və zəngin ətrə malikdir. Optimal bir dəfəlik payı 100 milliqram, yaxud yarım stəkandır. Onu gündəlik səhər yeməyinə əlavə etməklə belə sadə və səmərəli üsulla sağlamlığın qayğısına qalmaq mümkündür.          
Bu zaman nəzərə alınmalıdır ki, allergiyası olanların və hipotoniklərin çuğundur-alma şirəsini içməsi tövsiyyə olunmur (çuğundur qan təzyiqini aşağı salır). Onikibarmaq bağırsaq, yaxud mədə yarası olanlar da ona aludə olmamalıdır.

Siz birbaşa sıxılan Grante şirəsini almaqla keyfiyyətli həyatı seçirsiniz.