Göyçayın tarixi
18-19 əsrlərin astanasında müasir Göyçay şəhərinin yerində Şamaxıda zəlzələdən zərərçəkənlərin evakuasiyası üçün yaşayış məskəni yaradılır. Şəhərin ilk sakinləri şamaxılılar idi. Sonradan Göyçay eyniadlı qəzasının mərkəzinə çevrildi, onun tərkibinə Azərbaycanın indiki 7 rayonu (Göyçay, Ucar, Zərdab, Ağdaş, Ağsu, Kürdəmir, İsmayıllı) daxil idi.Ötən əsrin 60-cı illərində Azərbaycan SSR Göyçay rayonunun rayonlararası tədarük kontoru bazasında konservləşdirilmiş meyvə şirəsi istehsalı zavodu yaradıldı. Onun banisi və ilk direktoru Teymur Fərəc oğlu Əhmədov idi. Respublikanın kənd təsərrüfatı tarixinə bir çox şərəfli səhifələr yazan T. Əhmədov Azərbaycanda meyvə şirələri istehsalının bünövrəsini qoymuşdu. Teymur Əhmədovun səyləri nəticəsində yeni ixtisaslaşdırılmış nar sovxozları yaradılmışdı, köhnə nar plantasiyaları genişləndirilmiş, ən yaxşı nar seleksiya növlərinin becərildiyi yeni plantasiyalar salınmışdı. Bu, nar bitkisinin təkcə Şirvan şəhərində yayılmasına deyil, qonşu rayonlarda da genişlənməsinə təkan verdi.
SSRİ dağıldıqdan sonra ümumi istehsalın azalması Göyçay zavoduna da toxundu. Lakin 2006-cı ilin əvvəlində T. Əhmədovun oğlu, tanınmış siyasətçi və iş adamı Fərhad Teymur oğlu Əhmədov ailəsinin xoş ənənəsini davam etdirdi, AZNAR zavodunun şərəfli adını onun özünə qaytarmaq, istehsal etdiyi məhsullarının populyarlığını bərpa etmək məqsədilə zavodu satın aldı.
O, zavodu bərpa etməklə yanaşı, həm də baxımsız qalmış və qırılmış bağların yerində yeni nar bağlarının salınmasına qərar verdi. Onun rəhbərliyi altında sahənin dirçəldilməsinə dair investisiya proqramı işlənib hazırlandı. Proqram müəssisəsinin ən müasir texnologiyalar əsasında əsaslı yenidən qurulmasını, əfsanəvi nar bağlarının bərpasını nəzərdə tuturdu.