2007-2010 | AZNAR
10.03.2007

2007-2010

  • 2010 ilin əvvəllindən Göyçay şəhərinin idmançılarına aylıq yardım. İdman zalının icarəsi.
  • 2010 il. Noyabr. Ənənəvi 2010 «Nar bayramı» nın keçirilməsinə maddi dəstək.
  • 2009 və 2010 illər. İdmançılara maddi dəstək. İdmanın müхtəlif növləri üzrə Dünya çempionatı
  • 2009 il. İdmanın müхtəlif növləri üzrə idmançılara maddi dəstək. «Nar» respublika kuboku.
  • 2007 - 2008 illər - Güclü yanğından sonra binası yararsız vəziyyətə düşmüş «Əbdül Fazil Abbas» məscidinin tam bərpa olunmasına sərf olunan 100 000 manat.
Göyçay İnkişaf Mərkəzi AZNAR Şirkətinin sponsorluğu ilə Ümumrespublika səviyyəsində həyata keçirdiyi müsabiqə qaliblərini Nar festivalı günü mükafatlandırdı
“Göyçay İnkişaf Mərkəzi” yüksək səviyyədə təbliğat apararaq 2011-ci il Nar Festivalının Ümumrespublika səviyyəsində yayımlanıb daha çox maraq və məsuliyyət yaratmaq məqsədilə həyata keçirdiyi “Göyçay elim, Nar sərvətim” Ümumrespublika yaradıcılıq müsabiqəsini 4 noyabr Nar bayramı günü yekun vurdu. Müsabiqə üçün təqdim olunmuş bütün işlərin Nar bayramı günü sərgisi təşkil olundu.
Göyçay İnkişaf Mərkəzi İrəli İB-nin təşkilati dəstəyi AZNAR Şirkətinin sponsorluğu ilə Ümumrespublika səviyyəsində həyata keçirdiyi “Göyçay elim, Nar sərvətim” müsabiqəsinə İdeya təklifləri ilə müraciət etmiş şəxslərin qiymətləndirilməsini seçim heyyəti ilə birgə 3 noyabr 2011-ci il saat 22-00-da müəyyənləşdirdi. Nəzərdə tutulmuş mövzular üzrə müsabiqəyə 64 nəfər ideya təklifi ilə müraciət etmişdi. 38 ideya təklifi müsabiqənin şərtlərinə uyğun gəldiyi üçün seçim mərhələsinə buraxılmışdı. Seçim heyyəti hər mövzu üzrə ən yaxşı ideya təklifinin müəlliflərini müəyyənləşdirdi. Beləliklə aşağıdakı 5 nəfər müsabiqədə ən yaxşı ideya təklifi təqdim etdikləri üçün Nar bayramı günü Aznar QSC-nin Müşahidə Şurasının sədri Fərhad Əhmədovun, Göyçay rayon icra başçısı Mənsur Məmmədovun, Millət vəkili Fəttah Heydərovun, Azərbaycan Respublikası İqtisad Universitetinin rektoru, Millət vəkili Şəmsəddin Hacıyevin, ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanın və dəvət olunmuş digər rəsmilərin iştirakı ilə mükafatlandırıldı.
1-ci yer Bəhruz Babayev, ABŞ-da Azərbaycan mədəniyyətinin Göyçay narı ilə təbliğ olunması, ən yaxşı layihə ideyası
2-ci yer İmaməddin Quliyev “Göyçay elim, Nar sərvətim” blogu, ən yaxşı web blog yazısı
3-cü yer Zəka Həmzəyev, “Milli Nar”, Ən yaxşı Nar rəsmi
4- cü yer Fuad Musayev, “Mənim Şöhrətli Narım”, Ən yaxşı şer
5- ci yer Firudin Davudzadə, ''AZNAR'' Dünya Səni Tanıyır, Ən yaxşı video rolik
Qeyd etmək istərdik ki, müsabiqənin məqsədi Göyçay narını tək Nar festivalı ərəfəsində deyil, Nar festivalına kimi təbliğ edərək, Nar haqqında ən yaxşı rəsm əsəri, Nar haqqında ən yaxşı şer, Nar haqqında ən yaxşı blog yazısı, Nar haqqında ən yaxşı reportaj (foto – video) və Göyçay narının və festivalının təbliğatı haqqında ən yaxşı layihə ideyası hazırlayan bütün ölkə ərazindən 5 nəfər şəxsi seçməklə festivalı daha çox tanıtmaq idi. Qalib gələn şəxslər Nar Bayramı günü Göyçaya dəvət olundu və bayramda iştirakı təşkil edildi. Qeyd olunan müsabiqə bilavasitə yaradıcı gənclərin üzə çıxarılması və onlarda yaradıcılıq potensialının inkişafı istiqamətində müsbət addımlar atmaq üçün də bir şans oldu.

Azərbaycan Rəssamlar İttifaqının Sədri, rəssam Fərhad Xəlilovun 06 – 19 oktyabr tarixində Londonda keçirilən sərgisinin sponsorluğu.

AzNar zavodu və eləcə də, onun bütün rəhbərliyi Qələbə Günü münasibətilə Böyük Vətəndaş Müharibəsi veteranlarını təbrik edir!
Bizim zavodun idarə üzvləri Göyçay rayonunun İcraiyyə Komitəsi tərəfindən təşkil olunmuş tədbir və bayramlarda iştirak etmişdirlər.
Bu tədbirə Göyçaydan 32 veteran dəvət olunmuşdur. Aznar zavodunun, Teymur Əhmədov və şəхsən Fərhad Teymur oğlu Əhmədov tərəfindən veteranlara pul mükafatı ilə hədiyyə - Aznar zavodunun məhsulları təqdim olunmuşdur. Veteranlar öz heyranlıq və minnətdarlıqlarını bildirmişdirlər.

Rus İcmasının sədri, Azərbaycanın Milli Məclisinin deputatı cənab Zabelin də Azərbaycan Respublikasının Müstəqilliyinin 20-illiyinə həsr olunmüş tədbirlər üzrə layihələrin həyata keçirilməsi ilə əlaqədar olaraq yardım və dəstəyin göstərilməsinə görə «AZNAR» MSC və onun Baş direktoru Fərəc Əhmədova şəхsən minnətdarlığını bildirir.

Ənənələri davam etdirərək, «NOVRUZ» Mili Bayramımız şərəfxinə «AZNAR» şirkəti rəhbərlik daхil olmaqla Azərbaycanın hərbi hissələrində olmuşdur.
Şəmkir, Bərdə və Beylaqan hərbi hissələrində хoşaqələn şəraitlə tanış olub və igid əsgərlərlə ünsiyyətdə oldular.
Sonda Bayram sovqatı olaraq əsgərlərə «AZNAR» şirkətinə məхsus olan geniş ceşidli GRANTE məhsulları paylandı.

«AzNar» qaçqınlar ilə məcburi köçkünlərin ailəsinə yardım göstərir
Teymur Əhmədov adına «Aznar» QSC öz fxəaliyyətində qaçqınlar və məcburi köçkünlərin ailəsinə malli yardım etməyə davam edir. Yaхın günlərdə həyat şəraitinin yaхşılaşdırılması və həyətyanı təsərüfxfxatın yaradılması məqsədilə İsmayıllı rayonunun Kürdməşi kəndinin ərazisində müvəqqəti olaraq məskunlaşmış və Azərbaycan respublikasının vətəndaşı olan 37 nəfxərdən ibarət işğal olunmuş Kəlbəcər rayonunun məcburi köçkünlərinin 10 ailəsinə kompensasiya və maddi yardım qismində 180.000.0 manat pul ödənilmişdir.
Bu fxakt isə öz növbəsində cəmiyyətin inkişafx etməklə bizim ölkəmizin üzləşdiyi problemlərin həllinə daha böyük diqqət ayırmasından хəbər ve

“AZNAR” QSC ənənəvi olaraq xeyriyyə işləri ilə məşqul olur. Bu ilin noyabr ayında Göyçay rayonunun Ulaslı – Şıxlı kəndində yerləşən orta məktəb “Compact” HP markalı kompyutorları ilə təmin edilmişdir.

Azərbaycan Rəssamlar Qalereyasının açılışı (kataloq nəşrə hazırlanır)

Rusiyada Azərbaycan mədəniyyəti ilinin keçirilməsi çərçivəsində Novıy Urenqoy şəhərində “Arşın-Mal-Alan” tamaşasının göstərilməsi.

Bakı şəhərində “Rusiya Cəmiyyəti Mərkəzi”nin konsert avadanlıqları ilə təchiz olunması.

Cavidan Sadıqov (musiqi nömrələrinin qoyuluşu və yazılmasında)

Azərbaycan klassiklərinin musiqi disklərinin böyük tirajının çıxması.

“Muğam” klubunun “Fərhad” uşaq xorunun aylıq sponsor dəstəyi.

Kuban Qazax ordusunun atamanı A.A. Qolovatıya, kontr-admiral N.S. Fedorova və qraf F.M. Apraksinə Lənkəran şəhərində (Azərbaycan) abidə.

Göyçay şəhərində qədim “Əbülfəz Lil Abbas” məscidində təmir-bərpa işləri.

Göyçay şəhərində (Azərbaycan) 7 saylı məktəbdə informatika otağının təchiz edilməsi.

Göyçay şəhərində (Azərbaycan) 2 saylı məktəbin tam təchiz olunması ilə təmir-bərpa işləri.