![](/upload/resize_cache/iblock/060/50_50_2/800-800 _anuga 2017 _1.jpg)
![](/upload/resize_cache/iblock/4a4/50_50_2/800-800 _anuga 2017 _2.jpg)
![](/upload/resize_cache/iblock/3d5/50_50_2/800-800 _anuga 2017 _3.jpg)
![](/upload/resize_cache/iblock/f60/50_50_2/800-800 _anuga 2017 _4.jpg)
![](/upload/resize_cache/iblock/428/50_50_2/800-800 _anuga 2017 _5.jpg)
![](/upload/resize_cache/iblock/bf1/50_50_2/800-800 _anuga 2017 _6.jpg)
Anuga – istehsalçıların həmkarlarının təcrübəsi ilə tanış olması və sərfəli müqavilələr əldə etməsi üçün şərait yaranan beynəlxalq qida məhsulları sərgisidir. O, yeyinti sənayesi üçün önəmli yerlərdən birini tutur, çünki təşkilatçılar sərgidə təklif edilən məhsulların tək dadlı olmasına yox, həm də təhlükəsizlik məsələsinə diqqət yetirirlər. Sərgi ilik dəfə keçən əsrin 20-ci illərinin ortalarında keçirilib və o vaxtdan etibarən iki ildə bir dəfə keçirilir.
7-11 oktyabr tarixlərində yenə də Almaniyada Messepl. 1, 50679 Köln ünvanında yerləşən "Koelnmesse - Cologne exhibition center"də möhtəşəm "Anuga-2017" sərgisi keçirildi. Sərgidə 7 mindən artıq istehsalçı iştirak etmiş, qonaqların sayı isə təxminən 160 min nəfər olmuşdu.
"Anuga-2017" sərgisi çərçivəsində 8 №-li şirə pavilyonunda "Grante" brendinin məhsullarının dequstasiyası keçirilib.
Azərbaycan brendi şəkər əlavəsiz təbii şirələri geniş kütləyə təqdim edib:
Həmçinin iştirakçıları təbii nar şirəsi və şəkərdən alınan möhtəşəm "Narsharab" sousunu dequstasiya etmək imkanı əldə ediblər.
"Grante" brendinin məhsullarının keyfiyyəti nəinki yerli, həm də xarici alıcıların tələblərinə cavab verir, axı 750 ml "Grante" nar şirəsinin tərkibində 2,5 kq təbii və ekoloji təmiz nar var.
Məhsulun tərkibi 100% nar şirəsindən ibarətdir. Şirə Azərbaycanın Göyçay rayonunda 2000 hektar sahədə yerləşən, şirkətə məxsus bağlarda yetişdirilən məhsuldan alınır.
Ekoloji cəhətdən təmiz məhsulun istehsalı üçün yalnız təzə sıxılmış, şirinləşdirici və boyaq maddələri qatılmamış şirə istifadə edilir, onun tərkibinə aşağıdakı faydalı komponentlər daxildir:
Şirə +85 °C temperaturda pasterizə edilir, ona görə də tərkibindəki bütün faydalı maddələr qorunub saxlanır!
Günəş şüaları, şirəli azərbaycan narı, ən təmiz su, məhsulun istehsalının hər mərhələsində keyfiyyətin yoxlanması və müasir texnologiyaların tandemi sayəsində biz potensial müştəriyə faydalı şirələr, souslar, kompot və nektrarlar təklif edə bilirik.