25.05.2018

GRANTE TN: SIAL CHINA-də NAR ŞİRƏSİNİN BÖYÜK MEVƏFFƏQİYYƏTİ

Asiya üzrə ən böyük Ərzaq və içkilərin sərgisi Çində Shanghai New International Expo Centre 2345 LongYang Rd., PuDong, New Area Shanghai ünvanında keçirilmişdir. 2018-ci ilin mayın 16-da təxminən 200.000 kvadrat ərazinin 14 zalında dünyanın 70 ölkəsinin 3000 dən çox məhsulunu nümayiş etdirdilər.
Grante şirkəti W4 ümumi Azərbaycan stendində 100% sıxılmış təbii nar şirəsi nümayiş etdi və eyni zamanda Grante Tropic -nin yeni xəttini dünya bazarına çıxardı.

NAR ŞİRƏSİ: HƏYAT QÜVVƏSİNİN ƏSASLARI
San-Fransiskoda və Sinqapurda Food & Hotel Asia 2018-də keçirilən geniş miqyaslı Fancy Food Show-2018-də qazanılan uğurdan dərhal sonra, AZNAR zavodunun məhsullarını dadmaqdan məmnun olan tələbkar çinlilərı Grante nişanı valeh etdi. Grante'nin təbii nar şirəsi öz plantasiyalarında yığılmış narlardan hazırlanır. Onlar unikal mikroiqlim, ekoloji cəhətdən təmiz bir yer - Azərbaycan Respublikasının Göyçay rayonunda yetişdirilir.
Əfsanələrdə deyildiyi kimi, Olimp tanrıları bir qədər turş dadı olan nar şirəsini onlara həyat qüvvəsi qazandırmaq üçün verirdilər. Azərbaycanlı seleksionerlər nar şirəsi istehsal edildiyi, xüsusi nar növlərini yetişdirdi:bunlar, Nazik qabıq, Gülövşə, Qırmızı qabıq və s. Qeyd etmək lazımdır ki, sərginin qonaqları birbaşa sıxılma ilə əldə edilən nar şirəsini bəyəndilər. Nar şirəsindən əlavə narın - alma, feyxua, üzüm və albalı ilə qarışığı təşkilatçıların və iştirakçıların xoşuna gəldi. Şirələrin dadına baxan iştirakçıların heyva şirəsi də çox xoşlarına gəldi.
Həmçinin sərgidə 250 ml alüminium qutusunda tamamilə yeni Grante Tropic xətti təqdim olunmuşdur. Bunlar Vyetnamdakı şirkət tərəfindən istehsal edilən 100% təbii şirələrdir.
Mango, avokado, qovun, qarpız və digərləri kimi səkkiz tropik dadlar Çinlilər tərəfindən yüksək qiymətləndirilmişdir. Grante TN-nin dizaynerlərinin eskizlərinə əsasən hazırlanan bankalar üzərindəki dizayn da bəyənildi.

DÜNYA ÜZRƏ TƏCHİZ OLUNMA
Şanxayda Azərbaycan istehsalçılarının keçirdikləri üç gün çox məhsuldar oldu. Stendin ətrafında daima Grante nişanının təbii şirələrini dadmaq istəyən insanlar var idi. Böyük həcimdə məhsul istehsal olunmasına baxmayaraq, sərginin son günündə bir dənə də olsa butulka qalmamışdır.
Qeyd edək ki, Avropa və Şimali Amerika ölkələri həqiqətən bu ilahi şirələrin yüksək keyfiyyətli və təbii dadını artıq yüksək qiymətləndirmişlər. Grante məhsulları müvəffəqiyyətlə xarici ölkələrə göndərilir.
Hazırda yer kürəsinin Asiya xalqları bu birbaşa sıxılma ilə əldə edilən 100% təbii nar şirəsinin dadını bilmiş oldular.
Asia’s Largest Food & Beverage Exhibition-un digər eksponentləri kimi şirkət brendi də sərgi təşkilatçılarına öz məhsullarını Asiya cəmiyyətinə təqdim etmək üçün əla fürsət yaratdıqları üçün minnətdarlığını bildirir və 100% təbii Grante şirəsinin bir çox pərəstişkarı siyahısına qoşulmağa dəvət edir.

şəkillər