Organic | AZNAR

Organic

Biz 100 % birbaşa sıxılmış təbii nar şirəsi istehsal edirik. Zavodumuz Azərbaycanda Göyçay şəhərində yerləşir. Zavodun yaxınlığında giləmeyvələrin şahı - nar becərilən bağlar var. Hər il 2000 hektar ərazidən ləzzəti və müalicəvi əhəmiyyəti ilə müqayisə olunmaz 2000 tondan çox məhsul toplayırıq.

Məhsullarımız təbii şərtlər altında istehlakçılarımız üçün maksimum təhlükəsiz istehsal olunur. Narların becərildiyi torpaq ağır metallar, pestisidlər, radionuklidlər və digər zərərli maddələrlə çirklənməyib. Bunu 2016-cı ildə AZNAR zavodunun nar şirəsinə Avropa sertifikatlaşdırma şirkəti Agreco (Almaniya) tərəfindən verilmiş ORGANIC (ОRQANİK) sertifikatı təsdiqləyir.

organic.png bio.jpg

BIO SIEGEL 2001-ci ildən Almaniyada Aİ-nin tələbləri çərçivəsində fəaliyyət göstərən müəssisələrin məhsullarının keyfiyyətini təsdiqləyən yeganə dövlət nişanəsi hesab olunur.

Bio-Siegel malların mənşə və keyfiyyətinə zəmanət verir. Hazırda 35 mindən çox məhsul bu nişanı daşıyır.

Orqanik əkinçilik qaydalarına aşağıdakı standartlar daxildir:

  • orqanik qida məhsullarının şüalanmasına qadağa

  • Genetik modifikasiya olunmuş orqanizmlərə  qadağa

  • Kənd təsərrüfatı məhsullarının qorunmasında sintetik kimyəvi məhsulların istifadəsindən imtina

  • Az həll oluna bilən mineral gübrələrdən imtina

  • Torpaq heyvandarlıq, heyvan yemi istehsalı və s. üçün uyğun keyfiyyətə cavab verməlidir.

  • Antibiotik və ya artım stimulyatorlarından imtina.

Bu sertifkatın etibarlılıq müddəti bir ildir. Növbəti ildə statusu təsdiq etmək üçün yenidən sertifikatlaşdırma aparılır, belə ki il ərzində kimyəvi vasitələrdən istifadə etmədən istehsal prosesini həyata keçirmək gələcəkdə onların istifadə edilməyəcəyinə zəmanət vermir. Sertifikatlaşdırmadan tamamilə bütün müəssisə - sahələr, anbarlar, ixrac-idxal təşkilatı keçirilir. Hər məhsul və hər istehsalçı ORGANIC sertifikatını ala bilməz – bu məqsədlə 2-4 il ərzində çoxlu səy göstərmək və bütün tələblərə cavab vermək lazımdır.

Nar şirəsi üçün sertifikat almaq prosesi bizə üç ilə başa gəldi. Bu zaman ərzində hər il torpaqda və yetişmiş narlarda pestisid və kimyəvi maddələrin olmadığını yoxlamaq üçün  sertifikatlaşdırma orqanının mütəxəssisi gəlirdi. Alınmış nümunələr nəticələr üçün laboratoriyaya göndərilirdi.

AZNAR zavodunun nar şirələrindən əldə olunmuş laborator nəticələrə əsasən məhdud sayda məhsuluna sertifikat verilib. O vaxtdan bəri istehsal prosesində baş vermiş hər hansı bir dəyişiklik barəsində Agreco-nu xəbərdarlıq etmək öhdəliyimiz var. ORGANIC sertifikatı bizə qablaşdırmada Avropa İttifaqının orqanik simvolu – yaşıl fonda düzbucaqlının içərisində ulduzlardan ibarət yarpaq - istifadə etməyə və orqanik standartlar çərçivəsində yerli istehsalımız olan nar şirələrinin satışına imkan verir.

İstehlakçı üçün ORGANIC nə deməkdİr:

  • Adi məhsullarla müqayisədə daha çox vitamin, qidalı maddələr, antioksidanların qəbulu;

  • Daha təbii və təhlükəsiz məhsullar;

  • Orqanik məhsullara artmaqda olan tələb tendensiyasını izləmək, öz sağlamlığının qayğısına qalmaq.

Orqanİk Məhsulların üstünlüklərİ:

  • Tərkibində GMO, GMO məhsulları və törəmələri yoxudur;

  • Tərkibinə qida boyaları, qoruyucuları, aromatizator və stabilizatorlar əlavə edilmir;

  • İstisnalıq təşkil edən orqanik həllərin (fenollar, radiasiya, kimya, qaz və s. təmizləməsi olmadan)  istifadəsi ilə istehsal olunur;

  • İstehsalında istifadə olunan məhsulları artım stimulyatorları, pestisidlər və qeyri-üzvi gübərlərdən istifadə etmədən sənaye mərkəzlərindən aralıda yetişdirirlər.

Organıc nar Şİrəsİ Grante necə EtİketlənİR?

Bio pomegranate 750 ml GRANTE-2.png

ORGANIC SertİFİkatı 

Grante Organic 2017.jpg