Nadir məkan | AZNAR

Nadir məkan

Azərbaycanın tarixi nar ağacının əsrlərin dərinliyinə gedən yetişdirilməsi ənənəsi ilə ayrılmaz şəkildə bağlıdır.
Bu nadir təbiətli, müxtəlif şəraitli doqquz iqlim qurşağına malik olduqca gözəl cənub ölkəsidir. Ola bilər ki, məhz belə iqlim müxtəlifliyi sayəsində Azərbaycanda demək olar ki, bütün nar növləri yetişdirilir.

Burada hər il 40 min tondan çox nar yığılır!

Bu dadlı qırmızı meyvə ölkənin milli rəmzinə çevrilmişdir. Nar qürurla "meyvələrin kralı" adını daşıyır, ona ayrıca Nar Festivalı kimi şən bayram həsr olunmuşdur.
Nar demək olar ki, Azərbaycanın bütün bölgələrində yetişdirilir, lakin Göyçay rayonunun quru subtropik zolağında yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirildiyi mərkəz sayılır. Dünya şöhrəti qazanmış, "əsl Azərbaycan narı" ifadəsinin sinoniminə çevrilmiş Göyçay narı bütün dünyada qiymətləndirilir. Göyçay narının mükəmməl dadının zövq və faydalı xassələrinin sirri bölgənin nadir mikroiqlimi və torpaqlarının dünyanın heç bir yerində tapılmayan xüsusi tərkibi ilə şərtləndirilir.
AZNAR zavodu və bizim nar plantasiyalarımız məhz burada, nadir məkanda yerləşir. Biz nar meyvəsindən tərkibinə görə unikal olan nar şirəsinin istehsalı üçün istifadə edirik.
2 000 hektar nar ağacının becərildiyi plantasiyalar hər il 2000 ton əla dad keyfiyyətlərinə malik nar məhsulu verir.

Nar növləri

AZNAR zavodunun Göyçay seleksiyaçıları tərəfindən üç ən dadlı və ən geniş yayılmış nar növləri yetişdirilmişdir:

  • Azərbaycan Gülövşəsi. Meyvənin orta çəkisi 300-400 qram təşkil edir. Meyvənin qabığı çəhrayı-qırmızı rəngdə, nazik və parlaqdır. İri ölçüləri ilə fərqlənən dənləri dolğun al-qırmızı turşməzə-şirin şirə verir. Şəkərin miqdarı 20 %-ə, turşululuğun miqdarı 1,8 %-ə. çatır. Meyvəsi oktyabrda yetişir və 3 aya qədər saxlanılır.
  • Qırmızıqabıq. Yüksək məhsuldarlığı, yüksək keyfiyyəti ilə seçilən Azərbaycan nar növü. İri meyvəsinin çəkisi 350-400 qrama çatır, al-qırmızı rəngli, yumru formaya malikdir. Dənləri iridir. Şirəsi qırmızı rəngli meyxoş dad verir. Hər meyvə 45% şirə verir. Şəkərin miqdarı 14,5 %-ə, turşululuğun miqdarı 2,1 %-ə çatır. Meyvəsi oktyabrın ortalarında və ya sonunda yetişir və 5 aya qədər saxlanılır.
  • Nazikqabıq. Yerli Azərbaycan növü. Tünd qırmızı rəngli iri meyvəsinin çəkisi 400 qrama çatır. Qabığı nazik, dənləri iridir. Turşa-şirin şirəsinin çıxarı 48,8% təşkil edir. Şəkərin miqdarı 12,3 %-ə, turşululuğun miqdarı 2,6 %. çatır. Meyvəsi oktyabrın əvvəlində və ya ortalarında sonunda yetişir və 4 aya qədər saxlanılır. Məhsuldarlığı yüksəkdir.

şəkillər