“Aznar” şirkəti Londonda məşhur Azərbaycan rəssamının sərgisini təşkil edib | AZNAR
08.03.2015

“Aznar” şirkəti Londonda məşhur Azərbaycan rəssamının sərgisini təşkil edib

“Aznar” şirkəti tanınmış, müasir və görkəmli Azərbaycan rəssamı Fərhad Xəlilovun Londonda keçirilən sərgisinə sponsorluq edib.

Bu, şirkət rəhbəri Fərhad Əhmədovun rəssam üçün təşkil etdiyi ilk sərgi deyil. Məşhur sahibkar və zərif sənətə dəyər verən şirkət direktoru Fərhad Əhmədov görkəmli rəssamın yaradıcılığını həmişə izləyib. Artıq 10 ildir ki, o, Bakıda yerləşən “Nar” qalereyasının sahibidir və qalereyanı dünyaca məşhur rəssamların möhtəşəm sənət əsərləri bəzəyir. Fərhad Xəlilovun yaradıcılığı üslub və rəngarəngliyinə, həmçinin unikallığına görə, Avropada da böyük tələbat doğurur.

Rəssamın palitrası daha çox tutqun olsa da, gözəlliyin işığı ilə yaranan incə kompozisiyalar ortaya çıxır. Onun 2011-ci ildə “Aznar”ın dəstəyi ilə Londonda keçirilən ilk sərgisindən sonra əsərləri Avropada çox məşhurlaşıb.

Londonun “Saatchi” qalereyasında keçirilən sərgidə incəsənətsevərlər, həmçinin Londonda yaşayan azərbaycanlılar Fərhad Xəlilovun ekspressionizm üslubunda çəkdiyi əsərlərini görmək üçün martın 11-dən 23-dək sərgini izləməyə gedib.

Sərginin açılışında  Fərhad Əhmədovun  övladları - Teymur və Edqar da onu layiqincə təmsil edib. Onların sözlərinə görə, hər ikisi bu cür sərgidə əməyi olduğu və atalarının Azərbaycan incəsətini və yaradıcılığını xaricdə təbliğ etdiyi üçün xoşbəxtdirlər.

İnanırıq ki, “Aznar”ın dəstəyi ilə keçirilən bu sərgi Azərbaycan incəsənətinin dünyada yayılmasına stimul verəcək. Artıq sərginin uğurlu keçdiyini göstərən ilk addım atılıb.

Beynəlxalq auksion Sotbizin ekspertləri iyun və noyabr aylarında rəssamın işlərinin auksionunu təşkil edəcək.
благотворительность  img26.jpg img25.jpg img29.jpg