11.02.2019

AZNAR “Akkreditasiyanın faydaları” mövzusunda konfransda iştirak etmişdir

2017-ci ilin iyun ayından Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi və Almaniyanın (DakKs), İtaliyanın (Accredia) və Latviyanın (Latak) akkreditasiya qurumları ilə birlikdə “Azərbaycan Respublikasında Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” adlı Tvininq layihəsi həyata keçirilir.

Teymur Əmədov adına «AZNAR» QSC “Azərbaycan Akkreditasiya Mərkəzi” (AzAk) tərəfindən verilən “Akkreditasiya attestatı”nı almış ilk şirkətlərdən olmuşdur və bunun üçün 24 yanvar 2019-cu il tarixində Shamaxı Palas Shərədil oteldə “Akkreditasiyanın faydaları” mövzusunda konfransa dəvət almışdır. Tədbirdə şirkəti Fərid Xəlilzadə (hüquqşünas) və Günay Osmanova (kimyaçı laborant) təmsil etmişdir.

Şirkətimiz AZS ISO/IEC 17025:2009 “Sinaq və kalibrləmə laborotoriyalarının səlahiyyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Laboratoriymızın akkreditasiyadan keçməsi o deməkdir ki, “Aznar” QSC-nin laboratoriyası yüksək Avropa standartlarına cavab veriri və laborotariya keçirilmiş analizlərin nəticələri dünyanın hər bir yerində qeyd-şərtsiz qəbul edilir.

şəkillər