GRANTE ŞİRKƏTİ MOSKVADA WORLDFOOD SƏRGİSİNDƏ NAR ŞİRƏSİ TƏQDİM ETDİ | AZNAR
27.10.2017

GRANTE ŞİRKƏTİ MOSKVADA WORLDFOOD SƏRGİSİNDƏ NAR ŞİRƏSİ TƏQDİM ETDİ

11-14 sentyabr 2017-ci il tarixlərdə Moskvada yerləşən "Eksposentr" Mərkəzi sərgi kompleksində "WorldFood" illik sərgisi keçirilib. Sərgi ilk dəfə 1992-ci ildə keçirilib, və sonrakı illərdə iştirakçı sayı artmaqla təşkil edilib. Sərginin ilk dəfə keçirildiyi gündən bu ya müəyyən ənənələr yaranıb və sərgiyə etibar formalaşıb.

"WorldFood" sərgisində aparıcı istehsalçıların müxtəlif məhsulları təqdim edilir. İstehsalçılar təqdim edirlər: quru qida məhsulları, meyvə-tərəvəz, qənnadı məmulatları, balıq, ət, çay, konserv, şirə, sağlam qidalanma məhsulları və s. Sərginin iştirakçıları riteyl şirkətləri, distribütorlar, aparıcı qida məhsulları təchizatçıları və şirkət nümayəndələridir.

Sərgi həm Rusiya bazarına yeni məhsulun çıxarılması üçün fürsət, həm də müxətlif şirkətlər üçün satış coğrafiyasını genişləndirmək və istehsalı artırmaq üçün yeni üfüq deməkdir.

2.1 pavilyonunda yerləşmiş "Grante" şirkətinin ("Aznar" zavodu) əməkdaşları С131 və Azərbaycandan müxtəlif istehsalçıların təqdim edildiyi ümumi Azərbaycan stendi С141 stendində məhulumuz haqqında məlumat verdilər. Məsələn, narşərab, nar cemləri və mürəbbələri, şirniyyatlar, dondurma və konfetlər, fındıq və çay.
"Grante" şirkətinin əməkdaşları istəyən hər kəsə "Grante"nin şirələrini dequstasiyaya təqdim etdilər, inqrediyentlər, məhsulun yığılma yeri haqqında məlumat verdilər və nar sousuna qonaq etdilər. Birbaşa sıxım təbii nar şirəsi "Grante" ənənəvi olaraq bestseller və lider oldu. 

GRANTE ŞİRKƏTİNDƏN NAR ŞİRƏSİ

"Grante" şirəsini fərqləndirən cəhət cəmi bir inqrediyentdən – nardan birbaşa sıxma üsulu ilə əldə edilən nar şirəsindən ibarət olmasıdır. Şirə Azərbaycanın Göyçay rayonunda yerləşmiş 2000 hektar sahəni əhatə edən bağda bitən narlardan alınır. Rayonu fərqləndirən cəhət gözəl ekologiyası və bol günəşli havasıdır.

"Grante" şirəsi üçün yalnız sıxılmış nar şirəsi istifadə edilir, biz bu şirəni su, başqa şirə markaları və ya ucuz xammalla qarışdırmırıq. 750 ml şirə istehsalı üçün 2,5 kq nar istifadə edilir. Şirənin qiyməti onun tərkibinə tam cavab verir. "Grante" şirkətinin şirəsini alarkən siz onun tərkibinin 100% təbii olmasına və bir neçə keyfiyyətə nəzarət mərhələsindən keçdiyinə əmin ola biərsiniz.

GÖYÇAY NARININ XEYRİ

Vitamin və faydalı maddələrlə bolluğu, həmçinin bitdiyi rayonun ekoloji təmiz olması ilə əlaqədar Göyçay narı dünyada ən yaxşı nar hesab edilir. 

  • C vitamini sərbəst radikallara mənfi təsir göstərən güclü antioksidantdır. Askorbin turşusu həmçinin immunitetimizi möhkəmləndirir.
  • B1 stresslə mübarizə aparır və daxili orqanların fəaliyyətinə müsbət təsir göstərir. Bu vitaminə xüsusilə hamilə qadınlar və uzunmüddətli xəstəlikdən əziyyət çəkən şəxslər ehtiyac duyur.
  • B2 metabolizmin vacib elementidir, əsəb sistemini möhkəmləndirir, görmə qabiliyyətini qoruyur, dəri xəstəlikləri zamanı müsbət təsir göstərir.
  • B6 xüsusilə də stress vaxtı yaddaşı və əsəb sistemini möhkəmləndirir. Bu vitamin həm də ürək xəstəliklərinin yaranma riskini azaldır.
  • PP qan dövranını yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır.

Bundan başqa, Göyçay narı daxili orqanlar və orqanizmin sistemlərinin normal funksiya göstərməsi üçün vacib olan makro və mirkoelementlərlə (mis, sink, maqnezium, selen, kalium, maqnium, natrium, kalsium) zəngindir.

Göyçay narının faydalı xüsusiyyətlərinin səbəbi bu üç amildir:

  • Təmiz və mineral maddələrlə zəngin su;
  • Əlverişli iqlim;
  • Əməkdaşlarımızın peşəkar qayğısı.

RUSİYADA NÖVBƏTİ SƏRGİ – "PRODEKSPO 2018", MOSKVA, 5-9 FEVRAL 2018-Cİ İL. GRANTENİN STENDİ MƏRKƏZİ PAVİLYONDA, CC10 STENDİNDƏ YERLƏŞİR.

şəkillər