GRANTE URUMÇİDƏ (ÇİN) SƏRGİDƏ İŞTİRAK ETDİ | AZNAR
03.09.2018

GRANTE URUMÇİDƏ (ÇİN) SƏRGİDƏ İŞTİRAK ETDİ

2018-ci ilin 30 avqustundan 1 sentyabra kimi min şəhəri-Urumçidə “Avrasiya Ekspo: istehlakçı malları və Çin ilə ticarət”adlı sərgi keçirilmişdir. Ənənəvi olaraq orada yenidən yaradılan iqtisadi “İpək yolu” çərçivəsində ticarət-sənaye və investisiya münasibətlərini yaxşılaşdıran, asiya və avropa dövlətlərinin nümayəndələri iştirak edirdilər.
Bu il iştirakçılardan biri də Asiya və Avropa ölkələrinin bir çoxunda məhşur olan, və özünü yüksək keyfiyyətli təbii şirə və müşaiyət edən məhsullar istehsalçısı kimi özünü  tanıdan azərbaycan brendi olan  Grante oldu. Grante şirkəti azərbaycan stendində haqlı olaraq 200 m2 sahəni əhatə etdi. Orada təbii məhsullar təqdim olunmuşdur-birbaşa sıxılma yolu ilə əldə edilən Nature nar şirəsi, şəffaflaşdırılmış nar şirəsi, heyva şirəsi, nar qarışıqları (nar-albalı,nat-portağal,nar-üzüm,nar-üzüm-alma). Sərgiyə gələnlər 100% nar şirəsi, heyva şirəsi və nektarlar kimi azərbaycan məhsulunun keyfiyyətini dequstasiya zamanı qiymətləndirə bildilər.Nektarlar xüsusi olaraq diqqət mərkəzində idilər, belə ki, onlar daha yüngül tərkibə və çin istifadəçisinə tanış dada malık idilər.
Sərginin üç günü ərzində Grante məhsulları ilə müxtəlif ölkələrin sərgiyə gələn minlərlə nümayəndələri tanış oldular, bu da azərbaycan brendinə yeni bazarlara çıxmaq, təchizat (çatdırılma) coğrafiyasını genişləndirmək imkanı verəcək. Şirkət özünün beynəlxalq tədbirdə iştirakını uğurlu və gələcək tərəqqi üçün böyük əhəmiyyət kəsb edəcəyi kimi qiymətləndirdi.
Arayış: Urumçidə “Avrasiya Ekspo: istehlakçı malları və Çin ilə ticarət” sərgisi 2011-ci ildən 2014-cü ilə kimi, ildə bir dəfə, daha sonra isə iki ildə bir dəfə keçirilir. Keçirilmə yeri: Urumçi Çin Beynəlxalq Sərgi Mərkəzi

şəkillər