Nar şirəsinin dölün sağlamlığına böyük faydası aşkar edildi
NARŞƏRAB GÜNƏŞLİ AZƏRBAYCANDA HAZIRLANMIŞ VƏ GENİŞ ISTIFADƏ EDILƏN UNİKAL SOUSDUR!
Narşərab günəşli Azərbaycanda hazırlanmış və geniş istifadə edilən unikal sousdur! Qatı, tünd, dolğun qırmızı rəngli, yüngül meyvə şirinliyi olan turşməzə dadlı cəzbedici ətir qammalı mayedir. Klassik məhsulun tərkibində yalnız təzə nar şirəsi və şəkər var. Lakin ədviyyat və ədviyyəli otların əlavə edildiyi narşərab reseptləri də var.
Narşərablar müxtəlif olur. Amma ən yaxşı sous Göyçayda yetişdirilən nar növlərindən hazırlanır. Bu meyvələrdən hazırlanmış məhsul daha dolğun dadlı və ətirli alınır. Azərbaycan dilindən tərcümədə Narşərab “nar şərabı” deməkdir. Həqiqətən də, bu məhsulu dadmış insanlar qeyd edirlər ki, o, xoş çaxır notları ilə dolu olmaqla unikal meyvə dadı bəxş edir.
Narşərab ətin gözəl dadına turşməzə-şirin notlar qatmaqla ət xörəklərinə yaxşı dad verir. "Nar şərabı" balıq xörəklərinə də əla dad gətirir. Narşərabdan kulinariya kompozisiyasının hazırlanması mərhələsində marinad kimi istifadə etmək və ya artıq hazır xörəklə vermək olar. İstənilən halda narşərabın köməyi ilə bir çox xörəklərə xüsusi çalar vermək olur. Orijinal turşməzə dad iştahanı açır, zəngin ədviyyə-meyvə qamması isə qastronomiya kompozisiyasını bitkinləşdirir.
Ən yaxşı NARŞəRAB AZƏRBAYCANDA HAZIRLANIR
"Nar şərabı" sousunun ideyası Azərbaycanda yaranmışdır. Sous Qafqaz mətbəxinin ən yaxşı tərəflərini özündə birləşdirmiş, buna görə də yeməyə parlaq, yadda qalan çalar bəxş edir.
Azərbaycanda resept nəsildən-nəsilə ötürülür. Narşərab hazırlanan hər evdə bu kulinariya yeniliyinin hazırlanmasının öz sirləri olur. Aydındır ki, ən yaxşı narşərab məhz Azərbaycanda hazırlanır. Ətə qatılan qatı şirintəhər-ədviyyəli əlavənin əsasına Azərbaycan günəşinin zərif şüaları altında yetişdirilən təzə nar meyvələri və təmiz şəkər tozu qoyulur. Və məhz bu ölkədə lazımi miqdarda yaqut dənəli təzə meyvələri əldə etmək mümkündür.
Klassik Narşərab təmizlənmiş, qabaqcadan sıxılmış təzə nar dənələrindən hazırlanır. Hazır şirə bir neçə gün ərzində saxlanılır. Sonra şirəyə tədricən şəkər əlavə etməklə lazımi konsistensiyanın alınmasına qədər vam odda buğa verilir. Sous verilməsi güman edilən vaxtdan 3 gün əvvəl hazırlanır. Məhsulu kifayət qədər uzun müddət saxlamaq olur. Buna görə də Azərbaycanda adətən birdən-birə çoxlu miqdarda belə gözəl sous hazırlanır.
Narşərabın istehsalat şəraitində hazırlanma texnologiyası evdə hazırlanma texnologiyasından az fərqlənir. Fərq yalnız miqyasdadır və məhsulun termik emalı müasir sənaye avadanlığının köməyi ilə həyata keçirilir. Amma xörəklər üçün sevimli nar doldurmanın ən yaxşı hazırlanma ənənələri tam qorunub saxlanmışdır,
FAYDASI
Narşərab təbii nar şirəsindən və şəkərdən hazırlanmışdır. Bu, şah kulinariya əsərinin faydası göz önündədir. Nar qanda hemoqlobinin göstəricisinin stabilləşməsinə səbəb olur. Şirə qanyaratmaya əlverişli təsir göstərir, aşağı arterial təzyiqi tarazlaşdırır, təbii güc və sağlamlıq mənbəyidir. Nar konsentratı orqanizmə güclü immunmodullaşdırıcı təsir göstərir. Həmçinin bu "nar şərabı"nın antioksidant xüsusiyyətlərinin də olduğu blidirilir. Çox gözəl dadverən keyfiyyətlər pozitiv əhval-ruhiyyə yaradır. Axı insan dadlı yemək yeyəndə, sevinc hormonları (endorfinlər, serotonin) hasil edilir.
GÜMAN EDİLƏN ZƏRƏR
Ancaq bütün faydalı keyfiyyətləri ilə yanaşı, Narşərab sousunun istifadəsinin zərərini də bilmək yaxşı olardı. Hipertoniyadan əziyyət çəkən insanlar nəfis balıq və ət xörəklərinə əlavə edilən bu məhsuldan sui-istifadə etməməlidirlər. Komponentlərinə qarşı fərdi dözümsüzlüyü olan insanlarda Narşərab sousu ağır allergik reaksiya verə bilər. Nar güclü bərkidici vasitə hesab edilir. Əgər insan qəbizlikdən əziyyət çəkirsə, onda o, bu kulinariya nəfisliyindən sui-istifadə etməməlidir.
Sous qastroenteroloji xəstəliklərdə də ziyanlıdır. Mədə yarası, qastrit, duodenit və başqa tipik problemlər çox vaxt belə qidadan istifadə üçün əks göstərişdir. Narşərabın tərkibində saxaroza və fruktoza var. Diabetiklər bunu insulin dozasının hesablanması və ya aşağı karbohidratlı pəhrizin tərtib edilməsi zamanı nəzərə almalıdırlar. Yetkin yaşa çatmış sağlam insanlara və uşaqlara (12 yaşdan yuxarı) sous zərər yetirməyəcək. Amma Narşərabı ağlabatan həddə istifadə etmək lazımdır. Unutmamalıdır ki, onun vəzifəsi qastronomiya qammasının əsas notu olmaq deyil, dadı nəzərə çarpdırmaqdır.
NARŞƏRAB SOUSLU DORADO
Sonda pikant Narşərab souslu çox dadlı balıq xörəyinin reseptini təqdim edirik.
Lazım olanlar:
- Dorado –orta ölçülü, 2 əd.
- Kərə yağı – 30 qram
- Narşərab sousu – 60 ml (2 x.q.)
- Təbii bal – 2 ç.q.
- Sarımsaq – 3 diş
- Qaynar su – 100 qram
- Duz, istiot – zövqə görə
- Un - panirovka üçün
- Bitki yağı – qızartmaq üçün.
Balıq yuyulur, içalatı çıxarılır və təmizlənir. Sonra doradonun tam və ya porsion tikələri unda batırılıb orta odda qızardılır. Yağ maye halına gələnə qədər əridilir və Narşərab, doğranmış sarımsaq, ədviyyatlar və bal ilə qarışdırılır. Sonra qaynar su əlavə edilir və həmcins kütlə alınana qədər qatışdırılır. Alınmış qarışıq hələ də tavada olan balığın üzərinə tökülür. Sonra qapaqla örtüb 5-7 dəqidə bişirmək tövsiyə olunur. Bu müddət ərzində su, demək olar ki, tam buxarlanacaq, balıq isə ədviyyə ətirli və pikant dadlı turşməzə-şirin şirə ilə örtünəcək. Dorado qaynar verilməlidir. Xörəyi kəklikotu və yetişmiş nar dənələri ilə bəzəmək olar.