PRODEKSPO 2016 üçün GRANTE | AZNAR
18.02.2016

PRODEKSPO 2016 üçün GRANTE

23-cü beynəlxalq qida məhsulları, içkilər və xammal sərgisi. Onların istehsal olunmasında Rusiyada qida məhsulları  tematikası üzrə “PRODEKSPO 2016” ən yaxşısı  seçilmişdir. Sərgi Moskva şəhərində Krasnoarmeyskaya naberejnayada yerləşən “Eksposentr” sərgi mərkəzində 8-12 fevral tarixlərində keçirilmişdir. PRODEKSPO 2016:
  • 100 000 kv.m-dən daha çox
  • 65 ölkədən təxminən  2 000 iştirakçı 
  • 27 milli  ekspozisiya  
Rusiya və  Şərqi Avropanın ən böyük beynəlxalq forumu olan “PRODEKSPO 2016” qida məhsulları və içkilər (alkoqol daxil olmaqla) sahəsində  ən nüfuzlu illik hadisədir və 20 ildən artıqdır ki, yerli qida sənayesinin inkişaf vektorunu təyin edir.   

Grante 1G10 stendi, birinci pavilyon.  Sərginin yer aldığı beş gün ərzində 100 işgüzar görüş keçirdik.  Grante-nin yeni məhsulları təqdim olundu: “yüngül” kompotlar və nar-portağal şirəsi.  Feyxoa kompotu xüsusi maraq doğurdu, çünki feyxoa meyvəsinin tərkibində çoxlu yod var və o, bu faydalı elementin əvəzolunmaz mənbəyidir. 
  
Nar emalının ikinci  məhsullarına – nar tumlarına və nar yağına bu il olan yüksək maraq nəzərimizdən qaçmadı. AZNAR zavodunda istehsal olunan yağ, tərkibindəki punik turşusu (69%)  və CO2 üsulu ilə xüsusi ekstraksiya metodu ilə fərqlənir.  Yağ həm farmakologiya sənayesində, həm də qida sahəsində tətbiq olunur. 
      
Sərginin mərkəzi hadisəsi, ənənəvi olaraq keçirilən “İlin ən yaxşı məhsulu-2016” və  “İlin innovativ məhsulu - 2016” dequstasiya konkursu olmuşdur.  Komissiyanın  yekdilliklə  qəbul etdiyi qərar ilə Grante nar şirəsinə Qran-Pri müsabiqəsinin ən yüksək mükafatı  verilmişdir.    Dequstasiya komissiyasının qərarı ilə  Grantenin yeni məhsulu  - “yüngül” feyxoa kompotuna “İlin innovativ məhsulu - 2016” mükafatı  verilmişdir.  

şəkillər