11.01.2017

“ÜRƏKLƏRİMİZDƏ DÖYÜNƏN NAR DƏNƏLƏRİ” XEYRİYYƏ AKSİYASI

“Göyçay İnkişaf Mərkəzi” təşkilatı Gənclər üçün Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Ürəklərimizdə döyünən nar dənələri” adlı xeyriyyə aksiyası təşkil etmişdir(dekabr, 2016-cı il). Xeyriyyə aksiyasına Aznar şirkəti sponsorluq etmişdir.

Aznar şirkətinin dəstəyi ilə xeyriyyə tədbirinin keçirilməsində əsas məqsəd bayram ərəfəsində aztəminatlı ailələrdən olan, Daun simdromundan və serebral iflicdən əziyyət çəkən uşaqlara yardım göstərmək olmuşdur.   

Xeyriyyə aksiyasının açılış mərasimində təşkilatçılar belə qüsurları olan uşaq və yeniyetmələrin cəmiyyətə və gündəlik həyata inteqrasiyasının vacibliyini vurğulamışlar. Daun simdromundan və serebral iflicdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə aksiyası çərçivəsində habelə xeyriyyə sərgisi təşkil olunmuşdur.

İştirakçıları salamlayan “Göyçay İnkişaf Mərkəzi” gənclər təşkilatının sədri Əzizağa Atakişiyev xeyriyyə aksiyasının gedişi haqqında ətraflı məlumat vermişdir. O, habelə qeyd etmişdir ki, bu sahədə gerçəkləşdirilən layihələr dövlətin hazırkı mərhələdə həyata keçirdiyi sosial sahənin inkişaf etdirilməsi siyasəti çərçivəsində daha da genişləndiriləcək. Əzizağa Atakişiyev habelə tərəfdaşlara xeyriyyə aksiyasının təşkilində verilən dəstəyə görə minnətdarlığını ifadə etmişdir.   O,  Aznar şirkəti və şəxsən onun rəhbəri, hazırda Rusiyada yaşayan iş adamı və sahibkar Fərhad Əhmədov tərəfindən göstərilən yardım və dəstəyi xüsusi qeyd etmişdir. O, Fərhad Əhmədovun aztəminatlı uşaqlar və onların ailələri üçün xeyriyyəçilik işinə misilsiz töhfə verdiyini vurğulamışdır.           .

 Xeyriyyə aksiyasında iştirak edən “Qayğı” reabilitasiya mərkəzindən olan uşaqlara Aznar şirkətinin  məhsulları təqdim olunmuş, habelə Yeni il ərəfəsində təşkilatçılar adından müxtəlif hədiyyələr verilmişdir.


pomegranate seeds 800-800 - 1.jpg pomegranate seeds 800-800 - 2.jpg
pomegranate seeds 800-800 - 3.jpg pomegranate seeds 800-800 - 4.jpg
pomegranate seeds 800-800 - 5.jpg pomegranate seeds 800-800 - 6.jpg
pomegranate seeds 800-800 - 7.jpg pomegranate seeds 800-800 - 8.jpg
pomegranate seeds 800-800 - 9.jpg pomegranate seeds 800-800 - 10.jpg 
pomegranate seeds 800-800 - 11.jpg pomegranate seeds 800-800 - 12.jpg
pomegranate seeds 800-800 - 13.jpg pomegranate seeds 800-800 - 14.jpg
pomegranate seeds 800-800 - 15.jpg pomegranate seeds 800-800 - 16.jpg