Grante brendi

logo with_usa.png

Grante – birbaşa sıxılan 100% təbii şirələr sırasıdır. 

Biz bütün məhsullarımızın tərkibində süni boyaq maddələrinin, aromatizatorların, hər hansı kimyəvi konservantların yoxluğuna zəmanət veririk.
Grante brendi bazara 2008-ci ildə çıxıb, "Grante" - Grant ingilis sözündən götürülüb, "hədiyyə" deməkdir.
Grante brendinin prinsipi faydalı maddələrin və vitaminlərin maksimum saxlanması şəraitində təbii şirələrin istehsalıdır. Mağazaların rəflərində şirələrin çeşidi olduqca böyükdür, lakin heç də bütün şirələr eyni dərəcədə faydalı və keyfiyyətli deyil. Hazır şirənin keyfiyyətinə hər şey təsir edir:
  • meyvələrin yetişdirilməsi yer,
  • meyvələrin təmizlənməsi,
  • şirə istehsalı texnologiyası
  • zavodun təchizatı səviyyəsi,
  • istehsal mərhələlərində keyfiyyətə nəzarət,
  • qablaşdırılma növü,
  • Pasterizə üsulu,
  • İstehsalçının təcrübəsi və onun tarixi.

Bu sahədə Grante-də hər şey qaydasındadır!

Grante brendi – təbiiliyin sinonimidir.

Bu iddianı Grante 100% təbii nar şirəsinin timsalında yoxlamaq olar.
Onun tərkibində, istər qırmızı şərab olsun, istər yaşıl çay, istənilən başqa içki ilə müqayisədə antioksidantlar daha çoxdur. Onun tərkibində tiamin (В1 vitamini), riboflavin (B vitamini), P vitaminli fəal maddələr, 15 müxtəlif amin turşularının faizi yüksəkdir. Nar şirəsinin aşılayıcı effekti yaranı inkişaf etməyə qoymur, pektin isə orqanizmdə yığılan bütün gərəksiz maddələri toplayır və qırağa çıxarır, bununla da bizim orqanizmi təmizləyir.

Grante brendi konsentratsız nar şirələri istehsal etməyə başlayan ilk istehsallardan biridir. Grante təbii nar şirəsi Azərbaycan Respublikasının Göyçay rayonunun ekoloji cəhətdən gözəl mikroiqlimi olan unikal yerdə, öz plantasiyalarında yetişdirilmiş və yığılmış nar məhsulundan istehsal edilir.

1000 hektar nar ağacının becərildiyi plantasiyalar hər il 1000 ton əla dad keyfiyyətlərinə malik nar məhsulu verir.
Grante nar şirəsinin hazırlanması üçün Azərbaycan seleksiyaçılarının yaratdıqları "Gülövşə", "Nazikqabıq", "Qırmızıqabıq" və s. kimi xüsusi nar növləri seçilir. 

Bilavasitə təzə meyvələrdən birbaşa sıxma texnologiyasının istifadəsi hər bir meyvədə olan bütün faydalı maddələri saxlamağa imkan verir ki, bu da Grante şirəsini qeyri-adi dadlı edir.

İstehsalata qoyulan iri həcmli investisiyalar, çoxillik qazanılmış təcrübə, innovasiyalara meyl zavoda yüksək keyfiyyətli məhsul istehsal etməyə və onu dünyanın bütün guşələrinə - Amerika birləşmiş Ştatları, Kanada, Polşa, Çexiya, İsrail, Avstraliya, Rusiya, Belarus və digər ölkələrə ixrac etməyə imkan vermişdir. Grante təbii şirələrinin yer aldığı ölkələr heç də bu siyahı ilə məhdudlaşmır harada var.

Grante - passion for pomegranate!