ÖZƏL ETİKET (XÜSUSİ TİCARƏT NİŞANI) | AZNAR

ÖZƏL ETİKET (XÜSUSİ TİCARƏT NİŞANI)

XÜSUSİ TİCARƏT NİŞANI. İDEYADAN TAM ŞƏKİLDƏ HAZIR MƏHSULUN REALİZASİYASINA QƏDƏR.

Əgər siz xüsusi ticarət nişanı ilə yüksək keyfiyyətdə şirə istehsalı ilə maraqlanırsınızsa, biz sizə kömək edə bilərik. 
AZNAR birbaşa sıxılmış şirə sənayesinin lideri hesab olunur. 
Biz sizin müştərilərin tələblərinə cavab verən müxtəlif dadları (eyni zamanda qeyri-adi) istehsal edə və fərdi qablaşdırmanı həyata keçirə bilərik. Bizim bu sahədə təcrübəmiz sizin ideyalarınızı müştərilərinizə çatdıracaq. 

XTN (Xüsusi Ticarət Nişanı) – sizin sahibi ola biləcəyiniz bir markadır. Bunun üçün şəxsi istehsala, maddi-texniki bazaya ehtiyac yoxdur. Zavodda öz zövqünüzə uyğun seçilmiş dadla etiket sifarişi kifayətdir ki, marka hazır olsun.

AZNAR dünyanın müxtəlif ölkələrindən olan müştərilər üçün XTN yaradılması sahəsində geniş təcrübəyə malikdir. Biz sifarişçinin ticarət nişanı altında müxtəlif şirə çeşidləri istehsal edirik. Əməkdaşlarımız və tərəfdaşlarımız markanın dizaynında, eləcə də əlaqəli məsələlərin həlli prosesində yardımçı olurlar. Biz həmişə əlaqədəyik. Bizim geniş təcrübəmiz, çalışqan komandamız, etibarlı təchizatçılarımız və keyfiyyətli məhsulmuz var. 

AZNAR ŞİRKƏTİ: ŞİRƏLƏRİN APARICI İSTEHSALÇISI 

45 illik tarixi olan zavod zəngin elmi bazaya malikdir. Məxsusi texnoloji həllər sayəsində min kilometrlərlə uzaq məsafədə yaşayan müştəri süfrəsində təzə nar şirəsi əldə edir. Orqanleptik tərkibinə görə ağacdan dərilmiş meyvədən çox çətinliklə fərqlənə bilir. Qablaşdırmadakı içkinin dadı bir sözlə nar dənəciklərindən sıxılmış əsrarəngiz yüngül turşa-şirin dadı verir. Zavod eyni zamanda orijinal qarışıq içkilər istehsal edir ki, bu da ən təcrübəli qurmanların belə zövqünə xitab edir.  
Bu aşağıdakılar sayəsində mümkün oldu:
  1. İstehsal prosesində şirənin hava ilə minimum kontaktının təmin edilməsi. Məhsul turşudulmur. İlkin dad və rəng saxlanılır.
  2. Şirənin dadını və faydalı tərkibini qoruyaraq sanitar tədbirlər görməyə imkan verən qabaqcıl pasterizə texnologiyaları. 
  3. Keyfiyyətli qablaşdırma. Zavod bazarda özünü təsdiq etmiş butulka, qutu, qapaq istehsalçıları ilə əməkdaşlıq edir. Köhnə və etibarlı tərəfdaşlar istehlakçıya son məhsulun keyfiyyətinə dair zəmanət verməyə imkan verir. 
  4. Şirələrin istehsalında təbiilik və faydalılığın prioritet götürülməsi.
  5. Almaniya və İtaliyadan gətirilmiş ən müasir texnologiyalar.

SİZİN MƏHSULUNUZ NECƏ GÖRÜNƏCƏK 

AZNAR – müxtəlif markalar adı altında nüfuza xələl gətirmədən satışa çıxarıla bilən keyfiyyətdir. Biz müştərilərin 24/7 əlaqə saxlaya biləcəyi etibarlı tərəfdaşıq. Zavodun əməkdaşları sizin komandanızın bir parçasına çevriləcək. Biz sizin tələblərinizə uyğun məhsul markası hazırlayırıq. Tələblərə uyğun şəkildə ekonom sinifdən premiuma qədər bütün qərarları realizə edə bilərik. Bizim mütəxəssislər qablaşdırmanı, etiketi seçəcək, materiala və markanın qeydiyyatına dair məsləhət verəcəklər. Siz hazır XTN əldə edəcəksiniz.
Biz Rusiya, ABŞ, Çin və Avropa ölkələrinin müəssisələri üçün XTN hazırlayırıq. Təbii şirələrin əsl həvəskarları və biliciləri yüksək keyfiyyət və dadın həqiqiliyini və məhsulun faydalılığını qoruyub saxladığına görə AZNARa dəyər verirlər.  

BİZİMLƏ İŞLƏMƏYİNİZ ÜÇÜN 5 SƏBƏB: 

  • Sizin istehlakçılarınız şirənin keyfiyyətinə dərhal qiymət verir. Birbaşa sıxılmış şirədən bir udum içmək lazımdır ki, meyvəni içdiyini anlayasan.  Bu hissi digər istehsalçıların şirələrindən gözləmək faydasızdır. Yüksək dad və orqanoleptik keyfiyyətlərə biz son avadanlıqlar, incə pasterizasiya texnologiyaları və ixtisaslı personal sayəsində nail olmuşuq. Qapalı texnoloji sxemin tətbiqi vasitəsi ilə xarici hava ilə minimum kontakt əldə olunaraq oksidləşdirici proseslər aradan qaldırılmışdır. 
  • Məhsulunuzuz keyfiyyətinə və xüsusi görünüşünə zəmanət. Komponentlərlə (qapaq, etiket, qutu, butulka) əlaqədar etibarlı tərəfdaşlar-təchizatçılarla işləyirik. Biz onlara inanırıq və buna görə də Grante markamızın luxury seqmentini ABŞ, Rusiya, Tayvan, Almaniya, Litva, İspaniya və digər ölkələrin bazarlarında uğurla realizə edirik. 
  • Analoqsuz Assortiment. AZNAR laboratoriyasında mütəxəssislər sizin tələbinizə uyğun olaraq şirə qarışımı hazırlaya bilərlər. Bizim istehsal həcm və çeşidlə məhdudlaşmır.
  • Marka yaratmaq – problem deyil! AZNAR şirkətində marketinq şöbəsi və müstəqil dizaynerlər fəaliyyət göstərir. İllər ərzində dizayner studiyaları ilə əlaqələr qurulmuşdur. Onlar markanız üçün həm büdcəyə uyğun, həm də bahalı qeydiyyat variantları hazırlaya bilərlər. Texniki tapşırığınıza əsasən etiketi hazırlayır, identiklik və etiketin materialı barəsində məsləhətləşirik. 
  • 24/7 XİDMƏT.  İlk baxışdan bu sizə əhəmiyyətsiz üstünlük kimi görünə bilər, lakin təcrübə göstərir ki, peşəkar komanda sayəsində sürətli reaksiya və hər hansı problemi aradan qaldırmaq gücünə sahibik. 
İstehsal sertifikatlaşdırılması - HACCP, ISO 22000:2005, Halal, Kosher, Bio, Organic (sertifikatlara bax )

BİZİM ŞİRƏLƏRİMİZİ ÖZ MARKANIZ ALTINDA SATMAQ İSTƏYİRSİNİZ? BİZ SİZİN XİDMƏTİNİZDƏYİK. BİZƏ ZƏNG EDİN.