Reseptlər

Nar öz şirin, məlahətli və ağızbüzücü dadı sayəsində hələ qədimdən Aralıq dənizi sahilyanı və Yaxın Şərq ölkələri mətbəxinin əsas inqrediyentlərdən birinə çevrilib. Hazırda Qərb aşpazları da haqlı olaraq nardan daim istifadə edirlər. Nar dənələri əla qarnir kimi salatlardan çərəzlərə qədər hər yerdə geniş istifadə olunur. Nar şirəsi isə, adi və ya sirop şəklində ən elementar yeməklərə xüsusi məlahət gətirir.

Nar şirəsi vurulmuş toyuq qanadları

İnqrediyentlər:
  • 2-3 iri nar meyvəsinin şirəsi və ya 1 stəkan 100%-li nar şirəsi
  • 1,3 kq toyuq qanadı
  • 1/2 çay qaşığı zeytun yağı
  • 2 çay qaşığı əzilmiş sarımsaq
  • 3 xörək qaşığı Çili istiotu
  • 1 stəkan mərsin şirəsi
  • 1/3 stəkan şəkər
  • 2 xörək qaşığı şərab sirkəsi
  • Zövqə görə duz
  • İstəyə görə qarnir
  • 3 xörək qaşığı iri nar dənələri

Hazırlanması:

  1. Toyuq qanadlarını yuyun, və oynaqları boyu doğrayın. Onları saca düzüb 200° C - də vaxtaşırı çevirərək, qızılı rəngə çalana qədər təxminən 1 saat qızardın.
  2. 1 təzə narın qabığını çərtib su ilə dolu qaba salın. Nar dənələrini asan ayırmaq üçün onu suyun altında yarın. Nar dənələri qabın dibinə çökəcək, pərdəsi isə suyun üzünə çıxacaq. Sonra dənələri süzgəcdən keçirib ayrıca qaba boşaldın. 3 xörək qaşığı nar dənəsi ayırın, qalanını isə gələcək istifadə üçün buza qoyun.
  3. Təzə nar şirəsi hazırlayın.
  4. Bir orta həcmli tavada yağı dağ edin, 2-3 dəqiqə güclü odda sarımsaq və çili istiotunu qarışdıra-qarışdıra qovurun.
  5. Nar şirəsi, mərsin şirəsi, şəkər və sirkə əlavə edin. Səliqə ilə qarışdırın ki, şəkər tam həll olunsun. Qaynayan qədər qarışdırın və 2/3 stəkan qalana qədər (təxminən 15 dəqiqə) qaynadıb buxarlandırın.
  6. Toyuq qanadlarının qızardığı sacdan yağı süzüb çıxarın. Qanadların üzərinə nar sousu töküb onları çevirin. Sous qatılaşıb qanadların canına hopana qədər daim çevirməklə qızartmağa davam edin (təxminən 12 dəqiqə).
  7. Qablara qarnir kimi nar dənələri çəkin.