Faydalı xassələri | AZNAR

Faydalı xassələri

Nar dadlı meyvə olmaqla yanaşı, həm də zəngin vitamin-mineral kompleksidir. Nar meyvələrin əsas xüsusiyyətləri onların tərkibində karbohidratların (şəkərin), üzvi turşu və polifenolların yüksək faizli olmasıdır.
гранат кусочки.jpg

Bununla yanaşı narlarda tiamin (В1 vitamini), riboflavin (B) və P vitaminli fəal maddələrin faizi yüksəkdir, 15 müxtəlif, o cümlədən metionin, lizin, valin, leysin və s. kimi 6 əvəzolunmaz amin turşuları mövcuddur. 

Göyçay narının tədqiqi

2011-2014-cü illərdə xüsusi tədqiqat layihəsi çərçivəsində FQBOU ФГБОУ VPO (VQUPP) alimləri tərəfindən Azərbaycan Respublikasının Göyçay bölgəsində narın xassələri öyrənilmiş, onların becərilməsi texnologiyaları işlənmiş, nar məhsulunun emalı məsələləri tədqiq edilmişdir. Kənd təsərrüfatı istehsalı və nar məhsulunun sənaye emalı sahəsində Azərbaycan mütəxəssisləri ilə birgə keçirilmiş tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, narın təbii şəraitdə yetişdirilməsi və onun ən müasir texnologiyalar vasitəsilə emalı, ən geniş çeşiddə bioloji aktiv maddələrlə zəngin nar şirəsinin alınmasını təmin edir. Bu maddələr faydalı məhsulun yüksək nutritiv statusunu müəyyən edir. Azərbaycan Respublikasının Göyçay bölgəsində istehsal edilən nar şirəsi üçün ən səciyyəvi maddələr flavonidlər, antosianinlər (insanın ürək-damar sistemi funksiyasına müsbət təsir göstərir), C, B1, B2, В6 vitaminləri, niasin- PP və P vitaminləri (0,01mq/100ml -dən 10 mq/100 ml -ə qədər miqdarda), habelə makro- (kalium, kalsium, maqnezium, natrium – 1mq/100ml – dən 300mq/100 ml -ə qədər miqdarda) və mikroelementlər (manqan, mis, sink, selen - 8mq/100ml – dən 600mq/100 ml -ə qədər miqdarda) təşkil edir. Narda olan başlıca qida maddələrini karbohidratlar - qlükoza və fruktoza (20% -ə qədər), meyvə (limon və alma) turşuları - (10% -ə qədər) və mineral maddələr (0,3 %-ə qədər) təşkil edir.

Aparılan tədqiqatların nəticələri nar şirəsini təbii funksional xüsusiyyətlərə malik olan, insanın balanslaşdırılmış qida rasionunun formalaşdırılmasında böyük əhəmiyyət kəsb edən bitki mənşəli ən dəyərli məhsullar sırasına aid etmək imkanı verir. Nardan daimi istifadə immuniteti möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və təzyiqi sabitləşdirir.


B və P qrupu vitaminləri əsəb sistemini möhkəmləndirir və orqanizmin qanyaradıcı funksiyasını yaxşılaşdırır. Narın tərkibində böyük miqdarda mövcud olan antioksidantlar isə çirkli meqapolislərdə və ya radioaktiv çirklənmədən zərər çəkmiş ərazilərdə yaşayan insanlar üçün həyat qədər vacibdir.

на сайт.jpg

Nar verdiyi faydaya görə hələ qədimdə yeməli və dərman bitkisi kimi məşhurlaşıb. Deyilənə görə, Hippokrat özü öz xəstələrinin müalicəsi üçün nar meyvəsinin şirəsindən istifadə edirmiş. Əfsanəvi şərq hökmdarları, orta əsrlər kralları və rus çarları hər gün narı yemək süfrələrində görməyə üstünlük verirdilər.

 

Qocalmaya qarşı təsirli meyvənin adı elan olunub 

Lozanna Federal politexnik məktəbinin və İsveçrə bioinformatika İnstitutunun alimləri müəyyən edib ki, narın və digər meyvələrin tərkibində olan təbii birləşmələr yaşlanma ilə əlaqədar müəyyən  proseslərin ləngiməsinə səbəb olur. Bu barədə Medical Xpress-də press-relizdə məlumat verilib.

 

Kliniki tədqiqatların nəticələri göstərib ki, urolitin A skelet əzələlərinin hüceyrələrində 50 yaşdan sonra gücünü və çəkisini itirməyə başlayan mitoxondrilərin fəaliyyətini yaxşılaşdırır. Urolitin A insan bağırsağında ellaqotaninlər (nar dənələrində və şirəsində olur) daxil olduğu zaman əməl gəlir.

 

60 nəfər yaşlı şəxsin iştirak etdiyi eksperiment zamanı könüllülər əvvəlcə 250-2000 milliqram dozada birdəfəlik urolitin dozası yaxud plasebo qəbul etmişdir. Alimlər heç bir yan təsir qeydə almamış və bundan sonra iştirakçıları dörd qrupa bölmüşdür. İlk üç qrup 28 gün ərzində müxtəlif dozalarda urolitin qəbul etmişdir: 250, 500 və 1000 milliqram. Dördüncü qrup nəzarət qrupu olmuş və bu qrupda plasebo qəbul etmişlər.

 

Məlum olmuşdur ki, urolitin mitoxondrial biogenezi stimullaşdırır və bu zaman hüceyrələr mitoxondrilərin çəkisini artırır. Eyni zamanda birləşmə hüceyrənin qüsurlu orqanellərdən təmizlənməsinə kömək edir. Gənclərdə bu proses aktivdir, lakin yaşa dolduqca ləngiyir və sarkopeniyaya – skelet əzələlərinin degenerativ dəyişikliklərinə gətirib çıxarır.