Narın tarixi | AZNAR

Narın tarixi

1960-cı illər

Bizim nar şirəsi şirkətinin tarixi ötən əsrin 60-cı illərindən başlanır. Həmin illərdə Azərbaycan SSR-in Göyçay rayonunda rayonlararası tədarük kontorunun bazasında konservləşdirilmiş tomat və alma şirələri istehsalı üzrə zavod yaradılmışdır. Zavodun banisi və ilk direktoru Teymur Fərəc oğlu Əhmədov idi. Bu insan doğma diyarını və onun yaqut zinəti olan Göyçay narını qəlbən sevir, istədiyi ki, bu meyvənin unikal dadını bütün ölkədə və bütün dünyada tanısınlar və sevsinlər.

1969-cu il

Zavod ilk fəaliyyətinə ənənəvi alma və pomidor şirələrinin istehsalından başlasa da məhz T. Əhmədov 1969-cu ildə xammal qismində nar və heyvadan istifadə etməyi təklif edib.

1978 il

Göyçay zavodunun nar şirəsi Erfrut-78 (Almaniya) və Plovdiv-86 (Bolqarıstan) beynəlxalq sərgilərdə 2 qızıl medala layiq görülür, bu isə xaricdə onun məhsullarının keyfiyyətinin tanıdığına dəlalət edir.

1984 il

Zavodun məhsulları artıq bütün Sovet İttifaqında şöhrət tapır və ucsuz-bucaqsız ölkənin bütün respublikalarına ixrac edilir, eyni zamanda onun məhsullarının yeni-yeni xarici ölkələrə ixrac edilir.

1990-2000-ci illər

SSRİ-nin dağılması, sonrakı ümumi iqtisadi böhran və istehsalın azalması Göyçay zavoduna da toxunur. Lakin 2006-cı ildə tanınmış siyasətçi və iş adamı Teymur Fərəc oğlu Əhmədovun oğlu Fərhad Teymur oğlu Əhmədov ailəsinin gözəl ənənəsini davam etdirir, AZNAR zavodunun şərəfli adını onun özünə qaytarmaq, istehsal etdiyi məhsullarının populyarlığını bərpa etmək məqsədilə zavodu satın alır.

O, zavodu bərpa etməklə yanaşı, həm də baxımsız qalmış və qırılmış bağların yerində yeni nar bağlarının salınmasına dair qərar qəbul edir.

2006 il

Fərhad Teymur oğlu Əhmədovun rəhbərliyi ilə istehsalat sahəsinin bərpasına dair investisiya proqramı işlənib hazırlanır, onun çərçivəsində zavodun istehsal gücü yenilənir, istehsal proseslərinin tam avtomatlaşdırılması həyata keçirilir, xammal yığımından məhsulun qablaşdırılmasına qədər istehsalın bütün mərhələlərində müasir keyfiyyətə nəzarət sistemi tətbiq edilir.

Bu qərar təkcə Azərbaycana deyil, şirəsi ölkəmizin hüdudlarından uzaqlarda yaşayan bütün nar pərəstişkarlarına əsl hədiyyə olmuşdur, çünki məhz bu əlamətdar hadisə Grante adlı yeni brendi həyata gətirdi. "Grante" - Grant ingilis sözündən götürülüb, "hədiyyə" deməkdir.

2008-ci il

Zavod öz məhsullarının ixrac coğrafiyasını genişləndirərək sürətlə inkişaf edir. 2008-ci ildə Rusiyada Grante nar şirəsi "Bioloji Cəhətdən təhlükəsiz məhsul" sertifikatını alıb.

2009-cu il

Grante Nar şirəsi bir sıra mötəbər beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar toplayır:

  1. "Qida məhsulları ekspozisiyası (Продэкспо) - 2009" 16-cı beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisində 3 qızıl medal

  2. "Bütün qida aləmi/world Food Moscow 2009" "İlin məhsulu - 2009" 18-ci beynəlxalq qida və içki məhsulları sərgisinin dequstasiya müsabiqəsində Qran-pri

  3. "Ən gözəl məhsul - 2009" beynəlxalq müsabiqəsində qızıl medal

  4. "Продэкспо innovasiya məhsulu - 2009" müsabiqəsində "Məhsulun tərkibində innovasiya" qızıl medalı, yüksək istehlak xassələrinə görə birinci dərəcəli diplom və "keyfiyyətə görə" qızıl medal.

2010 il

Grante markası məhsulun keyfiyyəti və innovasiyalılığına görə çoxlu mükafat almağa davam edir:
  • Alma şirəsi "ПРОДЭКСПО-2010" 17-ci beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisinin "Ən yaxşı məhsul" beynəlxalq müsabiqəsinin laureatı olur, QRAN-PRİ alır.
  • Heyva şirəsi WORLDFOOD Moscow sərgisi çərçivəsində "İLİN MƏHSULU 2010" beynəlxalq peşəkar qida və içki məhsulları müsabiqəsinin laureatı kimi QRAN-PRİ alır. 
Brend Grante öz çeşidini genişləndirir. İndi istehlakçılar ağ və qırmızı üzüm şirəsi, həmçinin nar-üzüm və alma-üzüm qarışığı içmək imkanı qazanırlar.

2011-ci il

Zavod Azərbaycandan başlanan istehsal coğrafiyasını üç müxtəlif saat qurşaqlarında yerləşən ölkələrə qədər genişləndirir və Grante məhsul brendinin tərkibinə yeni meyvə-giləmeyvə nektar və şirələr cərgəsini daxil edir. Malın keyfiyyətinə əvvəlki kimi ciddi nəzarət edilir, istehsal məhsulları isə sağlamlıq üçün ekoloji cəhətdən təhlükəsiz olan şüşələrdə qablaşdırılır.

2013 il

Grante şirələri bütün dünyada təmsil olunur: məmulat Rusiya Federasiyası, Macarıstan, Çexiya, Belarus, Polşa, ABŞ, Kanada, İsrail, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə satılır.

20-ci beynəlxalq "ПРОДЭКСПО - 2013" qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisində Grante nar şirəsi beynəlxalq "Ən gözəl məhsul - 2013" müsabiqəsinin laureatı olur, gümüş medalla təltif edilir.

2014 il

Grante birbaşa sıxılan 100% şirələr cərgəsi gilənar şirəsi kimi yeni dadla zənginləşir, Grante brendinin flaqmanı olan nar şirəsi isə l-lik yeni rahat Tetrapack qablarında qablaşdırılır.

Bu il həmçinin AZNAR zavodunda texnoloji sıçrayış baş vermişdir. AZNAR bu gün ən qabaqcıl üsul olan karbon oksidindən istifadə etməklə nar toxumundan yağ istehsalına ilə başlamışdır. COD karbon qazı toxumlardan yağlı maddələri udmaq lipofil maddələri həll etmək qabiliyyətinə malikdir. CO2 yağı özünə çəkdikdən sonra təzyiqin azaldılması zamanı həlledicini qabiliyyətini itirir, nəticədə gözlənilən materialı (yağlı maddə) ayrılır. Təzyiq altında yenidən maye halına düşən CO2 təkrar istifadə oluna bilər.

Bu nəticənin əldə olunması üçün AZNAR zavodunda ən müasir avadanlıq quraşdırılıb və yağların çıxarılması prosesinə tamamilə avtomatlaşdırılmış nəzarət təmin olunub. Bu üsulla istehsal edilən təbii keyfiyyətli, yüksək dərəcəli yağ sinfinə aid edilir, bu yağ və kocmetoloji, estetik məqsədlər üçün istifadə edilir. Ondan həm də tibbi məqsədlərlə - xərçəng xəstəlikləri ilə mübarizədə istifadə edirlər.

2015 il

Diqqətimiz ABŞ, Yeni Zelandiya, Kanada və s. kimi beynəlxalq bazarların inkişafına yönəldirik. Məsələn, dekabr ayında biz San-Fransisko şəhərində keçirilən Winter Fancy Food Show - 2015 sərgisində iştirak etdik. Winter Fancy Food Show sərgisi Amerika qitəsinin qərb sahilində yemək və içkilər üzrə ixtisaslaşmış ən iri sərgidir. ABŞ və dünyanın 35 ölkəsindən 1 300-dən çox iştirakçı Fancy Winter Food Show 2015 sərgisində qida və içki məhsulları sahəsində ən son nailiyyətlərini təqdim edirdi.

Apreldə bizim üçün dalbadal iki əhəmiyyətli hadisə baş verdi. Biz ilk dəfə CANADA SIAL Beynəlxalq sərginin iştirakçısı olduq. Biz 10000 nəfərdən çox insanın ziyarət etdiyi müasir Direct Energy Centre sərgi kompleksində Kanada istehlakçısına təbii GRANTE şirə və nektarlarını təqdim etdik. Sərgidə iştirakımız bütün arzularımızı üstələdi! 2015-ci ilin aprel ayında "Aznar" şirkəti və Grante nar şirəsi "Specialty Food Association" (www.specialtyfood.com) Amerika milli assosiasiyasının üzvlüyünə qəbul olundu. Bu da Grante məmulatının yüksək keyfiyyətinin sübutu!

2016 il

Birbaşa sıxılmış Grante şirələrinin populyarlığına məhsulların yüksək keyfiyyətinin qorunub saxlanılması və bütün bazarlarda aparılan marketinq fəaliyyəti ilə birlikdə zavodun yüksək ixtisaslı mütəxəssislərinin yeni növlərin inkişafına göstərdikləri gündəlik səyləri səbəb olub. Biz birbaşa sıxılmış Grante şirələrinin sırasına əlavə edilməsi üçün yeni dadlar hazırlayırıq, lakin istehlakçılar bu barədə gələn il öyrənəcəklər.

Payızda biz bazara TM Granat adı altında yeni məhsul seriyası çıxarmışıq. Granat brendinin püre və şirəsinin tərkibində olan meyvə-tərəvəz-giləmeyvə nektarları ən tələbkar müştərilərin belə zövqünə cavab verə bilər. Bizim nektarların fərqləndirici xüsusiyyəti əsl təbii dadın qorunub saxlanması ilə məhsulun tərkibində təbii qidaların səviyyəsinin və vitaminlərin yüksək olmasıdır. Dadlar: nar, portağal, üzüm, heyva, albalı, alma, feyxoa və armud.

Sərgilərdə iştirak hələ də yeni distribyutor və müştərilər tapmaq üçün mühüm marketinq vasitəsidir. İl tədbirlərlə zəngin bir il oldu və biz SIAL Paris (Paris, noyabr), TAIWAN FOOD & CHAIN ​​STORE SHOW (Tayvan, noyabr), SIAL China (Çin, may), Food & Drink Expo 2016 (Böyük Britaniya, aprel), ProdExpo (Moskva, fevral) sərgilərinin iştirakçısı olduq.

Payızda biz Göyçayda nar yığımının sonuna planlaşdırılmış böyük Nar bayramı keçirdik. Göyçayda keçirilən Nar bayramını qeyd etmək üçün yalnız turislər deyil, çoxlu yüksək vəzifəli qonaqlar – dövlət orqanlarının işçiləri, diplomatik korpuslar, eləcə də qonşu regionlardan nümayəndələr toplaşmışdı. Grante nar şirəsi ProdEkpo Komissiyasının yekdil qərarı ilə Qran-pri müsabiqəsinin ən yüksək mükafatına layiq görülüb. Cari mükafat – brendin müasir tarixində ilk deyil. 2013-cü ildə Grante şirəsi Qran-Pri ilə təltif edilib və bu gün bu mükafat bir daha bu "ilahi içki"nin davamlı yüksək keyfiyyətini təsdiqləyir. Təəccübli deyil ki, nar mükafatı laureatı paytaxtın supermarketlərinin rəflərində yatıb qalmır. 

Yeni Grante - feyxoadan hazırlanmış "yüngül" kompot dequstasiya komissiyasının qərarı ilə "2016-cı ilin İnnovativ Məhsulu" mükafatına layiq görülüb.

2017 il

İlin başlanğıcı və saysız-hesabsız tədbirlər! Biz Grante təzə sıxılmış meyvə şirələrinin sırasını yeniliklərlə - birbaşa sıxılmış armud şirəsi və ilk dəfə tərəvəz şirəsi assortimentinin–birbaşa sıxılmış çuğundur-alma şirəsinin təqdimatı ilə genişləndirdik. Biz yeni məhsulları PRODEXPO sərgisində (fevral, Moskva) təqdim etmişik. Həmin ayda biz Gulfood - görünməmiş ziyarətçi sayına malik olan dünya və Fars Körfəzi regionunun ən böyük, Yaxın Şərq və dünyanın ən nüfuzlu illik qida və içki sənayesi sərgisində iştirak etdik.

Mart ayında ilk dəfə olaraq grantemobil-Grante rəmzləri üzərində əks olunmuş avtomobil Azərbaycan, Rusiya və Avropa yollarına çıxdı. Sağlamlıq hər evdə!

Aprel ayında biz Grante-nin yeni bir seriyasını buraxmağa hazırlaşırıq. Bu ciddi qorunan sirr olsa da, lakin tezliklə siz bu yeniliyin şahidi olacaqsınız.