İnnovasiyalar və nailiyyətlər

AZNAR bu gün

AZNAR -n 45 ilə yaxın tarixi var. Bu illər ərzində bir çox texnoloji və digər kəşflər edilib, səylər və güclü investisiyalar sayəsində təcrübə qazanılıb.

Biz "yaşıl istehsal texnologiyasının" tətbiq edildiyi yeganə nar emalı zavoduyuq.
Müasir texnologiyaların və cəmiyyətin inkişafı dövründə biz AZNAR zavodunu inteqrasiya edən müəssisəyə çevirdik. AZNAR bütün nar qalıqlarını (dənəsi və qabıq) qısa vaxtda qiymətli məhsula çevirir. Ona görə də biz, ilk addım kimi, nar dənələrindən yağ istehsalına böyük investisiyalar qoyuruq. 2011-ci ildə biz ilk dəfə tullantısız nar emalı kimi yeni texnologiyanı tətbiq etdik. Bu texnologiya nar şirəsi tullantılarını sənaye miqyasında emal etməyə imkan verir. Biz nar qabığından tanin əldə edirik. Tanin təbabətdə və kosmetologiyada - təbii kremlərin istehsalında istifadə olunur. Biz innovasiya üsulu ilə, СО2 tətbiq etməklə nar çəyirdəyindən yüksək dərəcəli sinfə aid nar yağ istehsal edirik, bu yağ müalicəvi xassələri sayəsində kosmetologiya və təbabətdə yüksək qiymətləndirilir.

инновации

Gələcək planlar

Məhsulumuzun daha yüksək keyfiyyətinə, daha çox sayda müştərilərə xidmət göstərilməsinə dair arzularımızı gerçəkləşdirmək üçün bizim gələcək planlara təxminən 10000 məmulat vahidi üçün soyuducu anbarların tikintisi, nar qabığından qiymətli taninin istehsalı üçün sexin tikintisi, nəhayət, müxtəlif növ qablara qablaşdırılan yüksək keyfiyyətli meyvə şirələri istehsalının artırılması daxildir.

şəkillər