Grante şirəsi Latviya jurnalı “Maxima”nın kataloqunda. | AZNAR
25.12.2015

Grante şirəsi Latviya jurnalı “Maxima”nın kataloqunda.

Grante şirələri daha çox bazarları zəbt edir. Biz, Latviya partnyorumuz- MAXİMA ticarət şəbəkəsi ilə əməkdaşlığa başlamışıq.
Grante şirəsini kataloqda axtarın BURDA.
Maxima.jpg
Maxima ticarət şəbəkəsinin tarixçəsi.
Ən böyük pərakəndə satış şəbəkəsinin fəaliyyəti, 1992-ci ildə Litva və Vilnüsdə ilk üç mağaza açılanda başlamışdır. Bu vaxtdan başlayaraq hər il onlarla yeni mağazalar açılırdı. Xüsusilə tez inkişaf 90-cı illərdə Litvada baş vermişdi ki, o zaman müəssisə bazarda aparıcı mövqe tutmuşdur. Ticarət şəbəkəsinin məqsədi, hər yerdə, istehlakçıların sayı 10 000 nəfərə çatan yeni mağazalar açmaqdır. Hal-hazırda Litvadakı Maxima Ticarət şəbəkəsinə 221 mağaza daxildir, şəbəkənin bazar payı isə 34 faizə çatır.
Maxima ticarət şəbəkəsi Latviya və Estoniyadakı ilk mağazalarını 2001-ci ildə Т-Market ticarət markası altında açmışdır. Artıq iki ildən sonra Latviya bazarında lider mövqeyi əldə edilmişdir. Hal-hazırda Maxima ticarət şəbəkəsinə 127 mağaza daxildir.
Estoniyada Maxima ticarət şəbəkəsinin sürətli genişlənməsi 2004-cü ildə başlamışdır. Hazırkı vaxta Estoniyadakı Maxima Ticarət şəbəkəsinə 66 mağaza daxildir, şəbəkənin bazar payı isə sürətlə 15 faizi keçmişdir.