29.09.2017

GROCERY STORE FANTASTIKO (BOLQARISTAN) ŞƏBƏKƏSİNDƏ ƏN YAXŞI GRANTE ŞİRƏLƏRİ

2017-ci ilin sentyabr ayında birbaşa sıxma yolu ilə alınan Grante şirələrini Fantastiko (Bolqarıstan) şəbəkəsində almaq olar. Fantastico (Fantastiko) əsası 1991-ci ildə qoyulmuş ərzaq supermarketləri şəbəkəsidir. İndi şəbəkə 40 supermarketdən ibarətdir. Şəbəkənin bütün supermarketləri avadanlıq və xidmət baxımından dünya tendensiyalarına uyğun tikilmişdir. Onlar hər mağazanın müstəsnalıq, istilik, komfort və rahatlığını təmin edən xüsusi müasir interyerlə fərqlənir.

Nə almalı?

Fantastiko supermarketlərində birbaşa  sıxma yolu ilə alınan aşağıdakı 100% təbii
Grante şirələrini almaq olar:
  • nar
  • nar - portağal
  • nar - albalı
  • multivitamin: nar - üzüm - alma
Grante şirələrinin tərkibində su, şəkər və konservantlar yoxdur. Sağlamlıq üçün xüsusilə xeyirlidir və tərkibində maksimum miqdarda meyvə vitaminləri var.

GRANTE NAR SUPERFUDU

Grante nar şirəsinin dolğun dadı var, tərkibində isə yalnız 1 inqrediyent – birbaşa sıxma yolu ilə alınan nar şirəsi var. Şirə Göyçay narlarından hazırlanır. Onlar haqlı olaraq dünyada ən yaxşı nar hesab edilir. Göyçay narlarının tərkibində yüksək miqdarda C, B1, B2, B6, PP və P vitaminləri, habelə makro - (kalium, kalsium, maqnezium, natrium – 1mq/ ml-dən 300 mq/100 ml-dək) və mikroelementlər (manqan, mis, sink, selen - 8 mkq/ml-dən 600 mkq/100 ml-dək) var. Bunlar aşağıdakı üç amilin sayəsində mümkün olmuşdur– əlverişli iqlim, minerallarla zənginləşdirilmiş su və peşəkar qulluq.

şəkillər