23.06.2017

KOLUMBIYANIN XARICI IŞLƏR NAZIRI "AZNAR" ŞIRKƏTININ MEYVƏ ŞIRƏSI ISTEHSALI ZAVODUNU ZIYARƏT EDIB VƏ NAR PLANTASIYALARINA BAŞ ÇƏKIB

16 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının xarici işlər naziri Mariya Anxela Olgini qəbul etmişdir.
 
Azərbaycan və Kolumbiya arasında mövcud siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən qonaq digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu ifadə etmişdir. Öz ölkəsində baş verən proseslər barəsində dövlət başçısını məlumatlandıran Mariya Anxela Olgin bildirmişdir ki, uzun sürən münaqişədən sonra Kolumbiyada sülh müqaviləsi bağlanılmış və quruculuq işlərinə başlanılmış, kənd təsərrüfatının inkişafı üçün bir sıra layihələr həyata keçirilmişdir. 
Preziden İlham Əliyev Azərbaycanda əsas prioritetlərdən birinin regionların və kənd təsərrüfatının inkişafı olduğunu vurğulamış, bu sahədə aparılan islahatlardan danışmışdır. Görüşdə Azərbaycan və Kolumbiya arasında iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, turizm və başqa sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar olduğu vurğulanmışdır.

Bununla əlaqədar olaraq Mariya Anxela Olgin Göyçay şəhərində "Aznar" şirkətinin meyvə istehsalı zavodunu ziyarət etmiş və yüksək keyfiyyətli "Grante" məhsulları ilə tanış olmuş, şirkətin nar və üzüm bağlarına baş çəkmişdir. Gördükləri onu heyrətə gətirmiş və o bir daha kənd təsərrüfatının uğurlu inkişafı üçün hər iki ölkənin maraqları çərçivəsində əməkdaşlıq etmək arzusunda olduğunu vurğulamışdır.

şəkillər