Nar şirəsinin unikal xüsusiyyətlrəri: alimlərin ixtirası. | AZNAR
04.05.2018

Nar şirəsinin unikal xüsusiyyətlrəri: alimlərin ixtirası.

Elm inkişaf edir, hər gün yeni-yeni təcrübə və tədqiqatlar aparılır. Alimləri bu və ya digər məhsulun nə qədər xeyirli və ya zərərli olması maraqlandırır. Təcrübələrə əsasən, Şotland alimləri müəyyən ediblər ki, nar şirəsinin xeyri yalnız hemoqlobinin səviyyəsini artırmaqda deyil. Bundan əlavə, onun bir çox xeyirli xüsusiyyətləri var. Təbii ki, bu tədqiqata qədər əsrlər boyu hamı bilirdi ki, nar vitaminlər kralıdır, xoşagəlimli şirin dadlı və azacıq turşməzə olan qiymətli məhsuldur. Lakin bu ixtira insanlıq üçün çox vacibdir. Tədqiqatlar Şotlandiyada Edinburq şəhərində Kraliça Marqaret Universitetində (Queen Margaret University) 2016-cı ildə aparılmışdır. Burada müxtəlif yaş həddi olan bir neçə yüz kişi və qadın iştirak edib. Tədqiqatın mahiyyəti ondan ibarət idi ki, mütəxəssislər gündəlik nar şirəsi qəbul edən bir qrup insanın əhvalını müşahidə etsinlər. Iştirakçılar iki həftə ərzində gündəlik yarım litr nar şirəsi qəbul edirdilər. Tədqiqat başlamazdan əvvəl müşahidə olunanlar əhvalın və emosional vəziyyətin öyrənilməsinə dair tibbi müayinədən və testdən keçmişdilər. Təcrübənin müddəti bitdikdə müşahidə olunan könüllülər özlərində əhvalın, emosional vəziyyətin, verbal və göz yaddaşının yaxşılaşdığını, entuziazmın, aktivliyin və iş qabiliyyətinin yüksəldyini müşahidə etdilər. Bu effekt tez bir zamanda baş verdi və uzun müddətli oldu. Təkrar tibbi müayinə göstərdi ki, təcrübə iştirakçılarında təzyiq, ürək ritmi və pulsun tezliyi normallaşıb.

Həmçinin, keçirilmiş təcrübənin nəticələrinə görə almlər qeyd ediblər ki, düzgün diyet zamanı, gündəlik olaraq nar şirəsi istifadə edən insanlar bel nahiyəsində piylərin əmələ gəlməsinə daha az meyllidirlər. Bunun nəticəsi olaraq onlar şəkər diabeti kimi xəstəliyin əmələ gəlməsində daha az risk daşıyıcılarıdır. Nar şirəsi ürək damar sisteminə kompleks təsir göstərir. Əsasən, tərkibində yüksək miqdarda kalium olduğuna görə ürək ritmini yaxşılaşdırır, şirənin tərkibində yüksək miqdarda PP vitamini olduğuna görə divarları möhkəmlədir və damarların elastikliyini artırır, xolesterin çökməsi azalır, qan durulaşır, böyrəklərdə infeksiyalar məhv edilir, potensiya bərpa olunur. İnsan infakt, insult və böyrək
çatışmamazlığına daha az məruz qalır.

Tədqiqatçılar keçirilən təcrübəyə əsasən bu qərara gəlirlər: hər bir insanın qida rasionunda təzə nar və ya nar şirəsi mövcud olmalıdır. Nar şirəsinin gündəlik qəbulu zamanı qanda hemoqlobinin miqdarı artır, ürəyin fəaliyyəti və damarların vəziyyəti yaxşılaşır, iş qabiliyyəti artır, insanın sinir və emosional vəziyyəti düzəlir, həyəcan itir. Onun tərkibinə onbeş amin turşuları daxildir, ona görə də zülallı qidalardan az istifadə edənlər üçün (məələn vegetarianlara) öz qida rasionlarına narı əlavə etmək tövsiyyə olunur. Bir çox alimlər hesab edirlər ki, şirənin tərkibində çoxlu miqdarda antioksidləşdiricilər mövcuddur və buna görə də, süd vəzisinin, prostatın və ağciyərlərin xərçəng şişlərinin əmələ gəlməsinin qarşısını alır. Nar şirəsinin tərkibində, eləcə də, çoxlu miqdarda orqanik turşular mövcuddur, buna görə, qocalıq əleyhinə vasitə də sayılır.

Demək olar ki, qafqazlıların uzunömürlülük sirrinin bir hissəsi aşkara çıxır, bu da xalqın əfsanəsində deyildiyi kimidir : nar - əbədi həyat və bolluq simvoludur.