17.02.2016

NAR QRAN-PRİsi və İNNOVATİV KOMPOT

Paytaxt “Ekspomərkəzdə” (Moskva) “PRODEKSPO 2016” adlı 23-cü Beynəlxalq qida məhsulları və içkilər sərgisi yeni başa çatıb. Sərginin mərkəzi hadisəsi, ənənəvi olaraq keçirilən “İlin ən yaxşı məhsulu-2016” və “İlin innovativ məhsulu - 2016” dequstasiya konkursu olmuşdur.

Konkursun dequstasiya komissiyası 4 gün ərzində Rusiya və xarici istehsalçılar tərəfindən təqdim olunmuş şirə və nektarları, balıq və konservləri, ət və digər məhsulları qiymətləndirirdi. 35 adlı qida məhsulu qızıl medal ilə fərqləndirilmişdir. Yaxşıların işindən ən yaxşıları Moskva qida forumunun Qran-Prisinə layiq görülmüşdür.

Komissiyanın yekdilliklə qəbul etdiyi qərar ilə Grante nar şirəsinə Qran-Pri müsabiqəsinin ən yüksək mükafatı verilmişdir. Hazırkı mükafat – müasir tarixdə ilk deyil. Grante şirəsi 2013-cü il Qran-Pri mükafatı ilə mükafatlandırılmışdır və bu gün bu mükafat bu “tanrılar şirəsi”nin dəyişilməz yüksək keyfiyyətini növbəti dəfə təsdiq edir. Təəccüblü deyil ki, nar laureatı paytaxtın supermarketlər rəflərində qalmır.

Dequstasiya komissiyasının qərarı ilə Grantenin yeni məhsulu - “yüngül” feyxoa kompotuna “İlin innovativ məhsulu - 2016” mükafatı verilmişdir. Və bu, heç də təəccüblü deyil! Kompotun tərkibində şəkər yoxdur, onun tərkibinə fruktoza və steviozidin ideal nisbətləri əlavə edilir. Bu səbəbdən Grante kompotunu şəkərli diabet xəstəliyindən əziyyət çəkən və pəhriz saxlayan insanlar qəbul edə bilərlər.

şəkillər